(Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar) Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 47-ci ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 18 İşıq Ayı, 47-ci il;Başlanır: 15:00.Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəs.) Törən odası hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı İnamlı Atalılar deyirlər. Ocaq Yükümlüsü Soylu Atalının sözü dinlənilir. Törən qonuları: Gün`ün […]
Göynur Atalı. Asif Atadan sistemləşən alıntılar…
ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! TARİX həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. TARİX həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. TARİXDƏ nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. TARİXDƏ ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum […]
Asif Ata. Ailə (“Mütləqə İnam” Bitiyindən)
Ailə cismani əlaqələrin ruhani əlaqələrə yüksəlməsidir. Ailədə insan cismanini ruhaniləşdirir, sonlunu sonsuzlaşdırır, ölümlünü ölümsüzləşdirir. Ailə məhəbbət əsasında yaranır. Məhəbbət cismani ehtirasın ruhani münasibətə çevrilməsidir. Ailədə cinsi duyğu ruhani məqsədlərə xidmət edir. Ailə kişilik, qadınlıq və övladlıq ülviyyəti yaradır. Kişiliyin ruhani mahiyyəti üç şəkildə aşkara çıxır: evin atası, övrətin yaxın dostu və övladın valideyni şəklində. Kişilik […]
Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:
ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani […]
Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]