Xəbərlər

Asif Ata. İnsan Ülviyyəti

Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq.Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu.Maddiyə sığmamaq. Aliyə ucalmaq.Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coş­ğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. Kişinin qeyrətə vurğunluğu. […]