Xəbərlər

Asif Ata. İnsan Çirkinliyi

Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl.Həsəd yanğısı. Fitnə yanğısı.Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci.Azğın sevinci.Quyu qazanlar. Tələ quranlar.Haramlıq harınlığı. Zalımlıq harınlığı.Xəyanət harınlığı. Qəbahət harınlığı.İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək.Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək.Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi.Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti.Sürünmək məharəti. Əyilən başlar. Titrəyən dizlər.Aldanan üzlər.Həya azadlığı. Riya azadlığı.Yalan azadlığı. Böhtan azadlığı.Canavar məharəti. […]