Xəbərlər

Asif Ata. Gözəl Dünya

Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi.
Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. İlham gözəlliyi. İnam gözəlliyi. Yuxu gözəlliyi.
Səma gözəlliyi. Mərdlik gözəlliyi. Dostluq gözəlliyi. Şəlalə gözəlliyi. Hilal gözəlliyi. Hikmət gözəlliyi. Səxavət gözəlliyi. Məhəbbət gözəl­liyi. Ədalət gözəlliyi. Mərhəmət gözəlliyi. İdrak gözəlliyi. Vətən gözəlliyi. Körpə gözəlliyi. Cürət gözəlliyi.
Heyrət gözəlliyi. Vüqar gözəlliyi. Dözüm gözəlliyi. Tufan gözəlliyi. Sükut gözəlliyi. Fərəh gözəlliyi. Qürub gözəlliyi. Çinar gözəlliyi. Qaya gözəlliyi. İzzət gözəlliyi. Həya gözəlliyi. Cəfa gözəlliyi. Alov gözəlliyi. Səcdə gözəlliyi. Özüylədöyüş gözəlliyi. Özünüdərketmə gözəlliyi. Ölümlə öcəşmə gözəlliyi.
Gözəlliklə görüş gözəlliyi. Təhlükə gözəlliyi. Zirvə gözəl­liyi. Ehtizaz gözəlliyi. Ölümsüzlük gözəlliyi. Məcnunluq gözəlliyi. Dalğa gözəlliyi. Səhra gözəlliyi. Nicat gözəlliyi. Ümid gözəlliyi. Müjdə gözəlliyi. Təravət gözəlliyi. Biçim gözəl­liyi. Məzmun gözəlliyi. Özünəbənzəmək gözəlliyi. Bən­zər­sizlik gözəlliyi. Xalq gözəlliyi. Həyanlıq gözəlliyi. Doğru yol, Halal söz gözəlliyi. Qədimlik gözəlliyi. Yenilik gözəlliyi. Əsillik gözəlliyi. Müqəddəs əzab gözəlliyi. Ali ahəng gözəlliyi.
Həzin gözəllik, coşğun gözəllik, sakit gözəllik, gerçək gözəllik, xəyali gözəllik, məsum gözəllik, yetkin gözəllik, səsli gözəllik, səssiz gözəllik, güldürən gözəllik, ağladan gözəllik, zərif gözəllik, möhtəşəm gözəllik. Hər fəslin öz gözəlliyi. Dəniz gözəlliyi. Qartal gözəlliyi. Hiddət gözəlliyi. Nərə gözəlliyi. Çörək gözəlliyi. Hikmət gözəlliyi.
Tonqallarda yandırılmaq gözəlliyi. Dərisi dabanından soyulmaq gözəlliyi. Məhəbbətə qurban olmaq gözəlliyi. Həmzələrə aldanmaq gözəlliyi. Dalğa gözəlliyi. Sel gözəlliyi. Bənövşə gözəlliyi. Riqqətli etiraf gözəlliyi. Zəruri kəlam gözəlliyi. Kövrək duyğu gözəlliyi. Titrək arzu gözəlliyi. Dil gözəlliyi. Təb gözəlliyi. Yoxuş gözəlliyi. Eniş gözəlliyi. İnsanları anlamaq, dərdə qalmaq gözəlliyi. Doğma ocaq gözəlliyi. Ata gözəlliyi. Vicdan gözəlliyi. Əhdi-peyman gözəl­liyi. Ali and gözəlliyi. Təmiz ad gözəlliyi. Pərvanə gözəlliyi.
Gözəldi Dünya! Ona səcdə qılardım, çirkinliyi olmasaydı!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir