Xəbərlər

Asif Ata. Nəşəli Dünya

Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüy­lə­döyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybə­cərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəl­liyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk dərs, ilk sevinc nəşəsi, sədanın sədaya, duyğunun duyğuya qovuşmaq nəşəsi, gecə sehrinin, səhər təravətinin yaratdığı nəşə, dostluğun, həmdəmliyin nəşəsi, təravət, səxavət, ədalət nəşəsi, qədimliyə, tarixə, adət-ənənəyə sədaqət nəşəsi, xilaskarlıq, məlhəmlik, mərhəmlik nəşəsi, həqiqəti tapmaq, həqiqətçün döyüşmək nəşəsi, iradə möhtəşəmliyinin, ağıl yetkinliyinin, ürək hərarə­tinin yaratdığı nəşə, fikir genişliyinin, duyğu ucalığının, heyrət qüdsiyyətinin, ruhani ehtizazın yarat­dığı nəşə, mənəvi qüdrət əzəmətinin, cəfakeşlik səlahiyyətinin, aşiqlik ülviyyətinin ya­rat­dığı nəşə, daxili yanğının yaratdığı nəşə, arzuya çatmaq, kama yetmək nəşəsi, kədərdən yaranan sevincin nəşəsi, həsrət­dən yaranan vüsalın nəşəsi, ürəkdən ürəyə aparan yolların nəşəsi, gözlərin, üzlərin ali mənasından alınan nəşə, ölümlə öcəşmək nəşəsi, özünüdərketmə nəşəsi, Mütləq İnam nəşəsi, qadınlığın, məşuqəliyin, vəfadarlığın yaratdığı nəşə, çay səsin­dən, torpaq ətrindən, dəniz ənginliyin­dən alınan nəşə, Mütləq mənəvi görüş nəşəsi, ürəkləri fəth etmək nəşəsi, vətənlə vəhdət nəşəsi, çöllərin, meşələrin, yolların nəşəsi, ani baxışın, doğma təbəssümün, ülvi xatirənin nəşəsi, atalıq nəşəsi, zülməti yaran işığın, ürəyi isidən sözün nəşəsi! Gənclik həvəsinin, qocalıq müdrikliyinin verdiyi nəşə! Müqəddəs səs, zəruri kəlam nəşəsi! Heyrət əzəmətinin, paklıq nemətinin, kişi qeyrətinin yaratdığı nəşə! Hərarətli nəfəsin, möcüzəli sirrin, müqəddəs ehtirasın nəşəsi!
Nəşən çoxdur, Dünya! Ancaq nəşənlə bərabər Əzabın var! Buna görə də Mütləq deyilsən, Mütləq ola bilmirsən, Mütləqə çatmırsan, nisbidə qalırsan!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir