AYIQ – KEFLİ. Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idilər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər. ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər əslində Allahı ən çox sevənlərdir. KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı. DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir. İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq […]
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Yurdumuz toplumsal-mənəvi qarışıqlıq içində yaşayır. Aparılan təbliğatlar, sunulan ideolojiliklər yiyəsiz bir meydana, boşluqlar dolaşığına çevirib yurdumuzu. Hər kəs özünün qara boyaları ilə işıq boyasında görünməyə çalışır həqiqət axtaranlarımızın gözlərinə. Sosial şəbəkələrdə həşirə çevrilən qüvvələr xalqımıza “səadət” vermək üçün yarışa çıxıblar, özlərinin div həşəməti ilə qurtarıcı kimi görünməyə çalışırlar. […]