Xəbərlər

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (I hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik.

Fikir Evi. Mövzu: Mütləqə İnam
(Ata gəlir və hamı ayağa durur – Soylu Atalı.)
Ata zala daxil olur: “Həlak olanlarımızın xatirəsini yad edək (Hamı ayaq üstə  S.A.). Bir dəqiqədən sonra Ata “əyləşin” deyir.
Ürəyinizdə Günəş olsun, onda ən soyuq havada belə üşüməzsiniz.

Görüşümüzü 20 noyabr faciəsinə həsr olunmuş balaca bir yazıyla başlayıram, sonra suallara keçirəm, söz vermişdim ki, suallarla başlayacağıq.

20 noyabr faciəsi

Rəzilcəsinə, azğıncasına, qansızcasına düşünülmüş qətl.

Azərbaycanlıları sarsıtmaq məqsədi. Qərbə arxalanmaq, Qorbaçovşinaya arxalanmaq, Yeltsinşinaya arxalanmaq.

 

Əməl

I. Dağlıq Qarabağı erməni rəzillərindən, azğınlarından, qansızla­rından azad etmək. Erməni muxtariyyatını ləğv etmək.

II. Qərbi eşitməmək, Qorbaçovşinanı eşitməmək, Yeltsinşinanı eşitməmək.

22 noyabr, 1991-ci il. Bakı.

(Sonra Ata sualları vərəqlərdən bir-bir oxuyub cavablandırır – S.A.)

 

Sual: Hörmətli Asif Ata, sizin fikirləriniz həmişə həqiqət olub. Ancaq siz deyirdiniz, Pribaltika çıxa bilməyəcək, lakin çıxdı. Bu barədə səmimi fikriniz. Hörmətlə Xalid Sadıqov.

Cavab: Xalid bəy, mən deyən vaxt SSRİ var idi. Ona görə ondan çıxmaq mümkün deyildi. İndi SSRİ yoxdu, ondan çıxmaq asan işdir. Yoxdan çıxmaqdır bu.

Sual: Respublikamızın bu ağır vaxtında Nizaminin Moskvada yubileyinin keçirilməsinə siz necə baxırsınız?

Cavab: Mənfi baxıram. Köhnə yalmanmanın ifadəsi hesab eləyirəm. SSRİ-dən çıxmalıyıq. Bu, onu göstərir ki, çıxmırıq.

Sual: Nəyə görə 20-ci il, 28 apreldə Məmməd Əmin Rəsulzadə müqavimətsiz təslim oldu?

Cavab: Məmməd Əmin Rəsulzadə ona görə müqavimətsiz təslim oldu ki, Məmməd Əmin Rəsulzadə özünün fəlakətini, özünün uçurumunu SSRİ-də görmürdü. Bilmirdi ki, XI Ordu gələcək. SSRİ-ylə döyüşürdü. SSRİ-yə qəlb vermirdi, ürək vermirdi. SSRİ-dən ayrılmışdı. Amma SSRİ-nin XI Ordusunun gəlməsinə inanmırdı. Ona görə məğlub oldu.

Sual: Azərbaycanın indiki prezidenti və parlamenti onu müstəqil­liyə apara bilərmi?

Cavab: İndiki prezident və parlament mahiyyətcə mərkəzçi-mil­lətçi­dirlər. Mərkəzçi-millətçi. Hər şey aydındır. Hələlik yeganə bir ağıllı iş görüblər. Erməni muxtariyyətini ləğv eləyiblər. Qoy bu elan olmasın. Heç olmasa bunu eləsinlər.

Sual: Rusiyada 20 avqust hadisələri, sizcə, həqiqət idi, yoxsa qurğu? Mümkünsə bu barədə fikirlərinizi bir az geniş deyin.

Cavab: Tam geniş deməyə imkanımız yoxdur. İmkan daxilində geniş demək olar. 20 avqustda Qorbaçovşinanın sağ cinahı, yəni Yanayevşina, onun sol cinahına, yəni Yeltsinşinaya qarşı qəsd hazırlamışdı. Mahiyyətcə ikisi də Qorbaçovşinanın xeyrinəydi. Qorbaçovşina o biri ilə də dil tapacaqdı. Lakin Yeltsinşina özünü qorumalıydı və Yanayevşinanın əli əsirdi. Ona görə Yeltsinşina Yanayevin əlinin əsməsindən həşəmətli bir yerə-göyə sığmayan qələbə yaratdı, özü üçün və taxta çıxdı. Budur 20 avqust.

Sual: Müasir gənclərin tərbiyəsi sizi qane edirmi?

Cavab: Müasir gənclərin vəziyyəti hədsiz dərəcədə, dəhşətli dərəcədə mürəkkəbdir. Bir tərəfdən İslam mütiliyi. O biri tərəfdən Avropa azğınlığı. Neyləsin bu yazıq? Hansından yapışsın? Bir tərəfdən murdar, dəhşətli qismətçilik, Allah sənə kömək eləyəcək. O biri tərəfdən Avropa azğınlığı, açıqlığı-saçıqlığı. Bir tərəfdən molla, o biri tərəfdən Fuad Qasımzadə. Bir tərəfdən fəlsəfə, o biri tərəfdən səfsəfə, erotika. Açıqlıq-saçıqlıq yerə-göyə sığmayan, o biri tərəfdən qapalı, çadralı gəlin. Pis vaxtdır gənclər üçün. Gənclərə Ata lazımdır. Yetimdir gənclər. Vaxtımız azdır, bundan artıq da demək olmur. Və heç lazım da deyil.

Sual: Avqust hadisələrində Yeltsinin… (Sualı axıra qədər oxumur – S.A.).

Cavab: Yeltsin özünü müdafiə eləyirdi. Özünü aktyorcasına, əyalət aktyoru kimi ifadə eləyirdi. Tankın üstünə çıxmaq – aktyorluq idi. Heç kəs onu öldürmürdü. Kimi, niyə öldürürsünüz? Öldürmək vaxtıydımı? Yeltsini niyə öldürürdü? Hansı siyasətçi belə iş görərdi? Camaatı aldatmaq üçün idi hamısı və yaxşı da taxta çıxdı. İndi bir nömrəli şəxsiyyət. Məsxərə dövrüdür indi. Bir zaman faciə dövrüydü. İndi gülünc dövrüdür. Lakin gülüncdən qan damır. Yadınızda qalsın: Gülüncdən qan damır.

 Sual: Asif Ata, sizin Xalq Cəbhəsinə, Əbülfəz bəyə münasibə­tiniz…

Cavab: Özünə şəxsi münasibətim müsbət. Təmiz adamdır, əqidəsi üçün tutulub. 4 ad vardı məni ora aparanda. Onun biri mənim adım idi, biri də Əbülfəzin adı. İkisi başqalarının adı. Xalq Cəbhəsinin özünə münasibətim, – balaca işlərlə məşğul olurlar. Böyük işlər görəmmirlər. Taktika, strategiya cəhətcə kasıbdırlar. Çox az oxuyublar, çox az düşünüblər, həvəskardırlar.

Sual: Asif Ata, bizim milli üçrəngli bayraqda ay, ulduz məfhumu haqda…

Cavab: Ay-ulduz – səma, ucalıq ifadəsidir. Türk ucalığa can atıb. Türkün Tanrısı da ucalıq olub əvvəllər. Sonra Allahlaşmışıq və Yerləşmişik.

Sual: Hörmətli Asif Ata, bu günlərdə Ermənistan prezidentinin ABŞ-a səfəri və bu səfərin Azərbaycana nə dərəcədə təsiri ola bilər?

Cavab: Əslində erməninin məqsədi odur ki, Buş Yeltsinə təsir göstərsin. Daha Qorbaçov yoxdur. İndi Yeltsin var. Özü də necə həşəmətlə çıxdı, əyalət artisti tankın üstünə. Bütün aləm də baxdı televizorda. Belə göstərirlər ey, özünü göstərənlər. İndi Yeltsin var. Rusiya var, onun ordusu var və Buşla da Yeltsin qardaşdır. Yeltsin Buşla xüsusi danışır indi. Budur həmin haqq-hesab hamısı. Amerikada lobbilərdən üç milyondan biri ermənidir. Budur məsələ. Heç vaxt zahirə uymayın. Həmişə siyasətdə 2, 3, 4, 5 üz olur.

Sual: Müqəddəsimiz mütləq inamlı sayır bizi. Bu səbəbdən də, tam kinsizdir. Amma ermənilərin şübhə ilə yanaşmasını özüm üçün aydınlaşdıra bilmirəm. Mümkünsə, Ata, onlardan nə üçün olmayacağını desin.

Cavab: İndi gördünüz?! Gördünüz ki, erməniyə Atanın nifrəti nə ilə bağlıdır. Birinci, erməni çox gözəl bilir ki, Qarabağ onunku deyil. Gözəl bilə-bilə Qarabağdan əl çəkmir. Çünki deyir ki, nə olar-olar heç olmasa, nə isə qopardım. Heç olmasa, nəsə bu dünyadan qoparım, oğurlayım. Qəsd eləyim. Belə xalqı necə sevəsən? Bu bir adamın işi deyil. Yenə təkrar eləyirəm, Balayanla döyüşmürük biz, bu axmaqlıqdır. Balayan nədir ki, onunla döyüşəsən. Balayan kimdir axı? Balayan dahidir, Balayan böyük bir publisistdir, yazıçıdır, Tolstoydur?! Balayan orta səviyyəli birisidir və onu kim qaldırır? Erməni – xalq hamısı. Kim seçdi onu? Biz ermənilərlə döyüşürük. Amansız, əzazil. Əvvəldən fikirləşdi ki, neyləyim. Əvvəldən fikirləşdi ki, bu saat belə bir vəziyyətdə bu vertalyotu partlatmaqdan gözəl şey ələ düşməz. Bu, sensasiya və bizim avamlar da bunu anlamadılar. Hamısını doldurdular bir vertolyota. Elə bunu istəyirdi o. Yandıracam sizi, azərbaycanlılar. Və buna da nail oldular. Bizi sarsıtdılar. Necə pis fantaziyası var bunun. Namərdcəsinə. Mən vururam, sən mənə cavab vermirsən. Belə xalqı necə sevəsən? Amma sizinlə razıyam. Biz kinsiz olmalıyıq. Hamıya qarşı kinsiz olmalıyıq. Ermənidən başqa. Hələ fikirləşib görək indi nə tapacaq o fantaziyasında. O çirkli fantaziyası. Çirk sözü azdır. Görək fikirləşib nə tapıb? Hamısı burdadır. Qoy meyidlər getsin dalbadal, fantaziya. Siz də durub Atadan öyrənmək əvəzinə, ona dərs deyirsiniz. Çox öyrətdilər mənə. İndi hamısı peşman olub it kimi.

Sual: Asif Ata, sizin “Tarixə çatmaq” məqalənizdə olduğu kimi Azərbaycanın əsl tarixi haqqında söhbətiniz olacaqmı?

Cavab: Diqqətlə qulaq asın, başdan-ayğa birinci gündən bu günə qədər əsil tariximizdən söhbət gedir. Diqqətli olun bir az.

Sual: İsa peyğəmbərin çarmıxa çəkilməsinin səbəbi nə idi?

Cavab: İsa peyğəmbərdən əvvəl Musa peyğəmbərin dini hökm sürürdü yerlilərin vətənində. Bu dinin hamısını burda açmaq mümkün deyil. Neçə cild əsərlərdir. Lakin iki xüsusiyyətini mən sizə aşılamaq istəyirəm. Musanın birinci fikri odur ki, yəhudilərin özünün xüsusi Allahı vardı – İaqova. O İaqova yevreyləri özü tapıb, yev­reylər xüsusi xalqdır. İaqovanın axtardığı, Allahın tapdığı xüsusi xalqdır. Onun sonradan nə olduğunu anlamaq üçün xüsusi ağıl lazım deyil. Əgər mənim Allahım xüsusi Allahdırsa, mən də xüsusi seçil­miş xalqamsa, mən hakim olmalıyam. Yevreyizm belə yaranıb.

İkinci, intiqam – əgər sənin bir dişini çəkirlərsə, ikisini çıxart o birisindən. Bir gözünü çıxardırsa, ikisini çıxart. Bu da Karl Marksın sonradan sinfi döyüş ideyasıdır. Bu da Yevreyizmin ikinci qolu. İsa bunun əleyhinə deyirdi. İsa nə deyirdi bunun əleyhinə?! Sənin üzünə düşmən bir sillə vurursa, o birisini göstər. Bu da pisdir. Bu da ifratdı. Amma bunun əleyhinədir. Ancaq burada Allah hamınındır, Allah bütün yerə-göyə sığmayan bəşərindir. O ayrı şey, Yaqova ayrı şey. Bax, buna görə də İsadan yevreylərin nəinki üzü dönmüşdü, onu yuxusunda da döyürdü. An axtarırdı, tapdı və satqın vasitəsiylə onu gətirdi. İuda onu satdı. Və gətirdilər onu Pilatın yanına – Roma konsulu­nun yanına ki, əgər sən bunu öldürməsən, mən Roma impera­toruna yazacam ki, sən imperiyanın qəddar düşmənini öldürmürsən. Onda Pilat məəttəl qaldı, əşi, siz nə təhər adamsınız?! Roma konsulu, qladiatorları meydanda məhv eləyən, xalqı əzməkdən ləzzət alan sadistlər yevreylərdən diksindilər.

Nə təhər adamsınız siz?!

O da deyir yaxşı. Mən əlimi yumuram. Yəni günahı sizin boynunuza. Bir sözlə, İsa yevreyizmin əleyhinə çıxan bir şəxsiyyət kimi məhv oldu. Onu Yevreylər məhv elədilər. Həqiqət belədir. Yüz min yalan var bununla bağlı. İnanmayın onlara.

Sual: Zərdüştçülüyə qayıda bilərik?

Cavab: Zərdüştçülüyə qayıtmaq lazım deyil. Zərdüştçülükdə nə varsa, hamısı bizim Mütləqə İnam Fəlsəfəmizdə, İnamımızda var. Təzədən heç bir ideyaya qayıtmaq lazım deyil. Nə Zərdüştçülüyə, nə Babəkiliyə. O bizim qanımıza keçibdir. O bizim qanımızın tərkibindədir. Bizim Amal qanımızın tərkibində var. Elə bir tarixdə elə bir İnam yoxdur ki, onu sən olduğu kimi gətirəsən və bəşər ondan xilas yolu tapa bilə. Eləsi olsaydı, onda nəyə lazımdı Təzə İnam. Zərdüştçülüyə qayıtmırıq. Zərdüştçülüyü həmişə özümüzdə gəzdi­ririk, yaşadırıq. Amalın, İnamın qan tərkibində, yalnız belə. Yoxsa böyüklük çox asan iş olardı. Elə götür, bu belə dedi qurtardı. Marks belə dedi qurtardı. Lenin belə dedi qurtardı, Məhəmməd Peyğəmbər belə dedi qurtardı. Hamı da böyükdür. Yox, böyüklüyü heç kəs əvəz eləmir. Böyüklüyü min böyük əvəz eləmir. Bir böyüklüyü min böyüklük əvəz eləmir. Özü də belə bir zamanda.

Sual: Asif Ata, sabahımızı düşünmək üçün nəyi anlamalıyıq?

Cavab: Onu anlamalıyıq ki, Azərbaycan təcridə alışmalıdır. Demişəm, yenə deyirəm. Azərbaycan dünya adlanan dairədən çıxmalıdır. Azərbaycan Qərb adlanan dairədən çıxmalıdır. İndi əksinə, bu saat analar öz balalarının adını biznes qoyacaqlar. Daha kolxoz qurtardı. O təcridə alışan böyük xalq, dairədən çıxa bilən böyük xalq özünü xilas eləyə biləcək. Balaca xalq özünü xilas eləyə bilməyəcək.

Alınmır o bizdə. Təzə İnam. Azərbaycan müstəqil olmalı, – hər mənada, ruhani müstəqillik, idraki müstəqillik, iradə müstəqilliyi. Təzə oğullar, təzə kişilər. On il, iyirmi ildən sonra olan söhbətdir. İndi hazırlaşmaq lazımdır o günə.

Sual: Peyğəmbərimiz Asif Ata qarşısında diz çökmək mənim üçün böyük fəxarətdir. Ata, sizcə, Şərqin Qərbə, Qərbin Şərqə münasibəti necədir?

Cavab: Alman filosofu, dahi alman filosofu Hegelə nə düşüb ki, deyir Şərq xalqları filosof yarada bilməz. Nə üçün? O bilmirmi ki, Şərq fəlsəfəsindən yaranıb fəlsəfə?! O bilmirmi ki, dahilər hamısı Şərq olub?! Hamısını bilir. Savadlı adam idi. Lakin o bunu istəmir. İstəyir ki, Avropa mərkəz olsun. Əgər mərkəz varsa, əyalət də olmalıdır. Əyalət yoxdursa, nə mərkəz? Ayaq yoxdursa, nə baş?! Avropa ayaq axtarırdı Şərqdə. Ona görə kimi istəyir qaldırır, kimi istəyir qaldırmır.
Misir yazıçısına Nobel mükafatı verir. Çünki Misir Qərbləşir. Nə elədiyini əla bilir. Mənimki ol, mənim yanımda ol! Mənim yanımda, amma mənimlə bərabər olma. Budur Şərq, budur Qərb! Bütün qalan şeylər hamısı havayı şeydir. Təbliğat da var, siyasət də var. Mahiyyət budur. Kimi qaldırır o? İndi Misirin xadimini “Birləşmiş Millətlər Təşkilatı”nın başçısı qoyur. Adamlar da sevinir. Bundan sonra deyəcək ki, Şərq artıq Qərbləşir. Mənimkidir. Çünki Birləşmiş Millətlər bir zaman Sovetlərlə Amerikanın döyüş meydanıydı. İndi Sovetlər Amerikanın qoltuğundadır, Amerika Qərbin başında. Ona görə Misir xadimi indi olacaq “Birləşmiş Millətlər Təşkilatı”nın baş katibi, altında gözəl maşın, yemək-içmək, özü də kölənin ən pisi, riyakarın ən pisi. İndi Şərqin əliylə Qərb Şərqi öldürəcək – özü istədiyi kimi. İndi görəcəksiniz. Ədəbiyyatları həmçinin. Fəlsəfələri həmçinin. Hansı sahəni götürürsünüz götürün. Yaxşı deyirlər ki, Avropa və Şərq. Mən Avropadan gecə-gündüz öyrənirəm. Avropa məndən nə öyrənir?! Sən də məndən öyrən. Mən də səndən öyrənim. Yox, ona lazım deyil. Ona mərkəzçilik lazımdır. Ona baş lazımdır. Bir də ayaq lazımdır. Sən onun ayağı olmalısan. Çox təəssüf ki, bunu indi heç kəs anlamır. Mən siyasət aləmini deyirəm. Amma siyasətçilər tamam bundan əl çəkib: – Təki ölməyim, təki maşınım olsun. A bala, ölürsən onsuz da. Onsuz da bizi qalstukdan asırlar, a heyvərə. Bizi qalstukdan asırlar. Siz mənimlə razılaşmaya bilərsiniz. Sizin öz işinizdir. Mən elə indidən sizinlə razılaşmıram. Mənlə razılaşmayanla qətiyyən. Sizin vaxtınız azdır. Mən bütün günü fikirlə məşğulam. Mən görürəm bunların hamısını.

 Sual: Müqəddəs Ata, bizim Atasızlığımız, sizcə, nə vaxtdan başladı?

Cavab: Mənə belə gəlir ki, İslamı qəbul edəndən sonra, Babək Allahlığını çıxmaq şərtilə bizim Atamız olmayıb. Rəsulzadəni də mən milli Ata saymıram. Amma bir dahi kimi fəxr edirəm. Türkün üç fəlakəti olub. Birinci, türk öz peyğəmbərini yetirə bilmədi. Mütləq yetirəcək. Kim istəyir ağzını büzsün. Heç bir konstitusiyada ağız büzmək qadağan deyil.
İkinci, bir-birini sevmədi. Üçüncü, qılınc havasına çox meyillidir. Mənim burda türklərlə bağlı bütün fikirlərim olmasa da, bir neçə fikrimi gətirmişəm. Vaxtımız çatsa, onu sizə oxuyacam. Bilin ki, Asif Atanın pantürkizmi nə deyən şeydir. Bu haqda heç bir şübhəniz olmasın və buna görə də böyük oğullar verdik. Məsələn, Osman Qazi. Osman Qazi oğulların oğuluydu. Osman Qazi məcbur oldu “la-ilahə-illallah” desin. Osmanlı imperiyası özünü xəlifətə verən kimi məhv oldu. Hələ mən demirəm hərəmxanalar başladı. Hələ mən demirəm ki, bütün sonrakı antiosmanlı ordan başladı. Nə qədər hərəmxana?! Türkün birüzlüyü getdi. Həmin o Xəlifəti təqliddə. Sərtliyi getdi. Türk başladı rəsmiləşməyə, siyasətləşməyə. Türk başladı bədənini özündən çox sevməyə. Belə-belə, türk bu günə gəldi düşdü. Türkün, Şərqin belini İslam əydi və Şərqin belini Qərb qırdı. Elə mən deyəni deyirsiniz. Niyə görə elə türk təqlidçi olur?! Olmazdımı ki, bu boyda xanimanda, bu boyda hay-həşirdə xəlifətdə ki, başı Bağdadda dururdu, ayağı gəlib Hindistanda, heç olmasa bir xalq da buna qarşı olaydı. Gərək hamısı inkubatormu olaydı?! Məncə, türk bunu bacarardı, Atası olsaydı.

Sual: Asif Ata, bizim xalqa həmişə təsir göstərəndə ayılırıq və onda başa düşürük ki, bizə müstəqillik lazımdır. Bizim xalq bu təsiri almadan ayıla bilməzmi?

Cavab: O təbiidir, bu halı kim yaratdı?! Xalq yaratdı. Mənim üçün Azərbaycan xalqı sirdir. Lakin mənim artıq dərk elədiyim sirr. Zahirən ilk baxışda avam, hədsiz dərəcədə tezaldanan, uşaqcasına, bir az da tənbəl, özünü sevməyən, ətalətli bir bədbəxtdir zahirən. O göz kordur ki, bundan artıq heç nə görmür Azərbaycanda, dərində, Mahiyyətdə. Elə Babək ruhu saxlayan kişi odur ki, dərindən onu üzə çıxartsın. Bizim məqsədimiz odur.

Sual: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya Səcdə edirəm.

Müqəddəs Ata, Bəşəriyyət sonsuz bir yolsuzluğa düçar olub. Belə yolsuzluq bəşəriyyəti hara aparıb çıxaracaq bilinmir. Müqəddəs Atanın bu yolsuzluğa münasibəti…

Cavab: Mən ona görə nikbinəm ki, mən dünyanın mənasını dünyadan artıq hesab eləyirəm. Mən qəti əminəm ki, dünyanın Mənası Mütləqdir. Onun təzahürləri hamısı nisbi olsa da. Ona görə dünya məhv olmayacaq. Nə olur-olsun, yüz atom bombası tökülsün bu dünyaya, bu dünya elə bir mənadan yoğrulub ki, o məna özü məhv olmayacaq. Ona görə dünya məhv olmayacaq. Ona görə mən nikbinəm. Mənim nikbinliyimin öz fəlsəfi əsası var. Daha doğrusu, ruhani əsası var. Mən qəti əminəm ki, insan məhv olmayacaq. Nə olur-olsun, bundan da pis günə düşsə də. Çünki insanın mənası Mütləqdir. İnsan özündən artıq Mütləqdən yaranıb, Mənadan yaranıb. Mənim nikbinliyimdə arsızlıq yoxdur. Azərbaycan da həmçinin. Azərbaycan məhv olmayacaq. Bir il, on il, on beş il çox böyük əzab içində olacaq, çox böyük. Maddiyyat o qədər bahalanacaq ki, Ruhaniyyata yer, vaxt qalmayacaq. Camaatın başı qarışacaq çörəyə. Biznes, təzə kapitalizm, – Pulçuluq yaradacaq, dəhşətli dərəcədə. Kimin pulu var o başda oturacaq. İndi də elədir. İndi lap pis olacaq. Bir zaman yenə pulçuluğu şairlər azdan-çoxdan tənqid eləyirdi. İndi daha pulçuluğa koloniyalar həsr olunacaq, Simfoniyalar. Başlayıb belə. Bütün bunları Ata görür. Lakin bunların hamısının arxasında təmizlənmə başlayacaq. Ata sağ olmasa, onun Evladları olacaq və bütün bu eybəcərlik, bütün bu şər xeyirə xidmət eləyəcək. Bu da bir cür xidmət edəcək. Bax, budur sənin kapitalizmin, budur sənin sosializmin, budur sənin İslamın. Gör Ata deyən düzdür, ya yox. Həyat özü bizi təbliğ eləyəcək, həyat özü bizim tərəfə xeyir verəcək. Bizim arxamızda həyat özü duracaq. Nə qədər acınacaqlı olsa da, bu söz. Fəlakətdən güc alacam. Əgər bizim bəxtimizə fəlakət düşübsə, ondan da güc almalıyıq.
Vaxtımız çox az olsa da, sualların hamısına cavab verəcik. Lap saat 11-ə qədər. Dünya dağılmaz ki.

Sual: Həmzəyev Əfqanın sualı. Əfqan bəyin sualı. Mən sizə bəy deyə müraciət eləyirəm. Bunu təbəqə kimi anlamayın. Bəy, yəni bəyənilmiş və xahiş eləyirəm bir-birinizə qardaşınıza, bacınıza bəy deyə müraciət eləyin. Bu yoldaşdan da yaxşıdır, ağadan lap yaxşıdır. Sivilizasiyadan dəm vururlar – bir-birinə ağa deyirlər. Ağa olan yerdə nökər var. Nə sivilizasiyadır ki, orda ağa var. Ağa sözündən utanmırlar. Bu sözləri, bütün hər şeyi Marksizmin inhisarına vermək olmaz. Zəhmətkeş məsələsi var, ağa məsələsi var. Bunu marksizmin inhisarına vermək olmaz. Marks bunları bayağılaşdırırdı, amma problemlər var.
İndi sualı oxuyuram.

Asif Ata, Zərdüştçülüyün mənasını, məğzini və məqsədini deyə bilərsizmi?

Cavab: Zərdüştçülük oda pərəstiş deyil. Od rəmzdir. İşığa pərəs­tişdir. Çünki burada od soyuğa qarşı durmur, qaranlığa qarşı durur. Bax, bəsdir elə. Çoxusu elə bilir ki, odpərəstdirlər, atəşpərəst­dirlər. Atəş­pərəstlik – o da rəmzdir. Atəş burada işığın rəmzidir. Atəş burada qaranlığa qarşı durur. Soyuğa qarşı yox, – Prometeydən fərqli olaraq. Bu ideyanı heç kəs Şərqin əlindən ala bilməz və bu bizim inamımızın da qanındadır. Onun qanının tərkibindədir. Nəsimi ideyaları həmçinin. Kim deyə bilər ki, İnsan Allah deyil. Kim deyə bilər? Hamı bunu deyə bilər ki, insan Allah deyil. Amma bunu necə sübut eləyərsən? Nəsimini sən qarşına necə götürə bilərsən? Bütün nə yaradıbsa, Allah sözünün özü, ideyanın özü. Kim yaradıb onu?! İnsan olmasaydı Allahmı olacaqdı?! Allahın özünü kim təsdiq elədi? Kim onu ifadə elədi?! Kim gördü özündə bu təbiətin mənasını? Təbiət bilirmi ki, o gözəldir?! Bilmir axı. İnsan bilir. Göy hardan bilir ki, o ucadır. Onu kim gəzdirir, o mənanı? İnsan gəzdirir. İnsan təbiətin cüzi bir hissəsidir. Amma bütün o mənanı gəzdirir. Kim bunu inkar eləyə bilər?

Nəsimiylə müqayisə eləmək olmaz. Mütəllibov, görürsüz, hardan-hara gəlib düşür bizə. Zərdüşt, Nəsimi, Mütəllibov. Yəqin bu Göylünün xüsusiyyətidir. (Ata o biri suala baxıb bu sözləri deyir – S.A.).

Sual: Mütəllibov və Vəzirova münasibətiniz.

Cavab: Qısa, Mütəllibov mərkəzçi-millətçi. İndi o necə millət­çidir, aydındır. Vəzirov yalnız mərkəzçi. Mahiyyətcə Qorbaçov və Yeltsin. Yeltsin sol Qorbaçovşina, Qorbaçovşina, mərkəzi Qorba­çovşina. Sağla solun arasında fırfıra kimi fırlanan. Siyasətçidirlər, yəni balaca adamdırlar. Siyasətdə bircə böyük adam tanıyıram: Kamal Atatürk. Qalan hamısı balaca adamlardır. Onlar siyasətçi olmasaydılar, acından öləcəkdilər. Deputatlıq ən talantsız adamın işidir. Ən talantsız adamın işi. Özünü heç yerdə tapmır. Nə şairlikdə bir şairdir, nə alimliyində. Özünü bilmir hara… bağışlayın, birdən bu axtaran kimi yürürür ora və sonra tribunada artıq böyüyür birdən-birə. Ömründə talantlı adam siyasətçi olmaz. Bəlkə mən səhv eləyirəm. Talantlı adam deputat olmaz, talantlı adam varlı olmaz. Talantlı adam vüqarlı olar, o başqa. Talantlı adamın işi deyil siyasət. Pis “injinersən”, get siyasətə. Pis alimsən,  yüyür o saat… Fuad Qasımzadənin iki ideyası var bütün yaradıcılığında: birinci, Məcnun sülh uğrunda döyüşkəndir. Çünki ağlı balacadır. Olan şeydir. İkinci, Brejnevin guya əsərlərində zərurət kateqoriyası varmış. Çünki əsərin birində deyib ki, bu işi görmək zərurətdir. Kim ki, zəruri sözünü deyir, o zərurət kateqoriyasını kəşf edib, o filosof olur o saat. Budur, bunun böyüklüyünün mahiyyəti.

Sual: Allahşükür Paşazadənin “Qafqazda islam” kitabını… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Oxumamışam. Söz verirəm ki, gələn dəfə oxuyum. Bilmirəm, bunu yazan adam bəlkə özü oxuyub. Oxumağa dəyərmi? Atanın vaxtı azdır. Bəlkə Allahşükür haqqında elə bildiyimiz bəsdir. Tahir bəy sual verir.

Sual: Müqədəs Asif Ata, televiziya teatrlarına baxırsınızmı? Gündə bir ziyalı çıxarırlar. Biz İslamı başa düşürük və ona öyrəşirik.

Cavab: Ziyalılar Lenin dövründə hamısı birdən-birə Leninkiləşdi, əqidəsizləşdi. Çox tez bir vaxtda. Ümumiyyətlə, ziyalı təbəqəsi bir şeydir, ziyalı ayrıdır. Elə bilirsiniz ki, Füzuli kimi böyük təbəqə olur?! Elə bilirsiz ki, Nəsimi kimi təbəqə olur?! Təbəqə olur Fuad Qasımzadələrdən ibarət, Həsən Şirəliyevlərdən ibarət, Yaşar Qarayev­lər­dən ibarət. Uzun bir sürü və onların içinə düşür bir nəfər, ya yarım nəfər. Güc-bəlayla, salamını almaya-almaya, oturur evində çörəksiz, susuz. Yazır. Həmişə belə olub, belə də olacaq. İndi də ziyalı hamısı ateistlərdir. Ömür boyu atezimdən çörək yeyənlər, kafedra müdirləri, dialektik və materializm müdirləri, nə bilim nələr, hamısı dindar olub. Çünki ziyalı təbəqəsinin mahiyyətində, təbəqənin özündə nökərçilik var. Mən başqa bir söz də deyə bilərdim, bizim qızlar olmasa. Biri var Füzuli, biri var Nəsimi. Nə qədər idi Nəsimi Teymurləngin vaxtında? Bir qom. Barmaqla saymaq olardı onları. Onlar idi, bax, Azərbaycan. Azərbaycan heç tanımırdı onları. Onlar məxfi yaşayırdılar, amma onlar idi Azərbaycan. Amma nə qədər şair var idi. Nə qədər Teymurləngin özünə şeir yazıblar, nə qədər ona poema həsr eləyiblər saysız-hesabsız. Kimi tanıyırlar?! Təbəqə, ziyalı təbəqəsi. Ağır sözdür, təbəqə və şəxsiyyət.

 Sual: Fəlsəfəyə, dinə, ateizmə münasibətiniz.

Cavab: Fəlsəfə dünyanın dünyadan artıq mənasının dərki. Yalnız budur. Başqa şeyləri elm eləyə bilir. Amma elm mənaya çata bilmir. Elm yeri bilir, göyü bilir, insanı bilir, onun bədənini bilir, əlini bilir, gözünü bilir, yaxşı işlər görür. Heç kəs onları inkar eləmir. Amma insan nədir, sualına heç bir elm cavab vermir. Buna fəlsəfə cavab verir və s. Dünyanın ağacını bilən, göyünü bilən, yerini bilən elmdir. Lakin dünyanın mənası nədir, mahiyyəti nədir, hardan-hara gəlib, onu elm bilmək istəyəndə, Çarlz Darvin kimi insan meymunlaşır. Vaxtımız azdır.
Dinə münasibətim – mənfi. Din – yalançı inamdır. Çünki din insanı alçaldır. O yerdə ki, insan alçalır, orda yoxdur həqiqət. Mənim bir həqiqətim var – insan. Hər şeyin mənası ondadır. Burda isə Allah var. Allah səni istədiyi kimi oynadır, qismətini alnına yazır. Allah özü bilir. Allaha dua oxu, özünə dua oxumaq əvəzinə. Özündə axtarmaq əvəzinə. Allah özü eləyəcək. Allah necə bu işləri görür və heç nə eləmir. Niyə Allah imkan verdi ki, erməni quduzluq eləsin?! Nə Allahdır axı bu?!
İnsanı sevirəm, ona görə dini sevmirəm. Çünki din inamsızlıqdır.
Ateizm: Atezim də dinin astar üzü. Ateizmdə Mütləq yoxdur. Ateizm qiyamətdir. Hər şey dəyişir, hər şey inkişafdadır pis mənada. Hamı öləcək, heç nə əbədi deyil. Bu nə deməkdir?! Heç nə əbədi deyilsə, niyə gəlmişəm mən bu həyata?! Dialektika – yoxluq fəlsəfəsi. İndi mən balaca həcmli bir kitab yazmışam. 25 səhifəlik kitab yazmaq olar. Orda mən, “Varlıq-Yoxluq”da bütün bu məsələləri indiki səviyyəmizdə, Ocağımızın səviyyəsində açmışam. Bəlkə də oxudum onu sizə. Sualınıza cavab verildi.

Sual: İnsanın həyatda çəkdiyi əzab-əziyyətin, gördüyü savab işlərin saədəti ona yaşadığı müddətdə nəsib olur, yoxsa öləndən sonra?

Cavab: Amal üçün çəkilən əzabdan başqa səadət yoxdur. O işin özü səadətdir. Əzabın özü səadətdir. Yoxsa başqa cür gəlib xalq yazıçısı olursan, başqa cür gəlib akademik olursan. Bununla da sən öz işini heç eləyirsən. Əgər sən mükafat istəyirsənsə, sən Amalı sevmirsən. Bu çox güclü bir maksimalizmdir. Mən anlayıram ki, bu çox böyük tələbdir. Bu tələbə bəşər cavab verməsə, məhv olacaq. Onda böyük ədəbiyyat olacaq, onda böyük fəlsəfə olacaq, onda böyük insanlar olacaq. Yoxsa mən əlimə qələm alan kimi deyirəm ki, mən bunu yazan kimi, mənə mükafat verəcəklər, mənə dövlət mükafatı verəcəklər. Onda mən oluram Səməd Vurğun.

 

V kaset

Asif Ata: …O böyük talantımı heç eləyirəm. İndi mən nəyə xərcləndim? Başqa cür həyat olmalıdır. Bilirsizmi, olmayıb elə həyat. Tarixin fövqündə olmaq lazımdır. Alınmadı, bəşər bir şey eləyəmmədi hələ. Çünki Mütləqə inanmadı. Çünki onun inamında yalan olub. Ruhaniyyat nədir? Ruhaniyyatda heç bir, ümumiyyətlə, bizim fəlsəfəmizdə heç bir, cüzi də olsa xurafat yoxdur. Bu, ağızdan çıxan hava deyil. Bax, nə bədəndən o birisi bədənə keçən Krişnaist ünsürdür. Bu, yəni ruh dörd şeydir: Mütləq İnam, Mütləq İradə, Mütləq Mənəviyyat, Mütləq İdrak. Heyvanda olmayan, təbiətdə olmayan. İnsanda olan, insanın qanadı. Ruhu onun qanadıdır. Görürsüzmü? Hardadır burda, mikroskopla da axtarıb cəfəngiyyat tapammazsınız. İnsanı heyvandan fərqləndirən nədirsə, o ruhdur. Ruh da bu dörd şeyin vəhdətidir. İnsanda mən və qeyri-mən anlayışı. İnsanda yağı-yad nə varsa, o qeyri-məndir. İnsanda doğma nə varsa – o məndir. İnsanda doğma olan Mütləqdir, İnsanda doğma olan xeyirdir. İnsanda yad olan Şərdir. Şərlə içimiz doludur. Ona görə də əlimizdə çıraq daxili aləmimizə giririk, özümüzü axtarırıq. Tapam­mırıq. Yadların əlindən özümüzdəki doğmanı tapammırıq.

Sual: Müqəddəs Ata, bu gün qəzetlərdə, Bakıda çoxlu ruh peyda olduğu haqda məqalələr çap edirlər.

Cavab: Qəsdlə eləyirlər. Ruhun özünü bayağılaşdırırlar. O günləri televiziyada peyğəmbər göstərmişdilər guya. Guya peyğəm­bər öz əlini belə eləyən kimi ağız düzəlir. Bu təhqir idi. Mən bilirdim bunu niyə eləyirlər. Peyğəmbərlik o deyil. Peyğəmbər təzə inam yaratmaqdır. Kim ki, təzə inam yarada bilir, kim ki, o inamdan ötrü canını verə bilir, kimdə ki, vəhy var, vəcd var, kim ki, gerçəkliyi ötə bilir – peyğəmbər odur. Ağır şeydir, dəhşətli şeydir. Amma peyğəm­bər odur. Peyğəmbərdə cəgəngiyyat yoxdur. Çox təəssüf ki, peyğəmbərlərin çox cüzi bir hissəsi daimi peyğəmbər olub. Bəzən üç gün peyğəmbər olur, bəzən iki, bəzən 5 il. Bəziləri hakimiyyətə gələnə qədər. Məhəmməd cəmi bir neçə il peyğəmbər oldu. Sonra hökmdar oldu. İsanın baxtı gətirdi 35 yaşında cavan getdi. Bəlkə o da hökmdar olacaqdı. Bəzən ölüm adama xeyir verir, bir az birtəhər də çıxmasın. O ki, qaldı ruh, o haqda mən dedim. Ruh – inamın, idrakın, mənəviyyatın və iradənin vəhdətindən başqa bir şey deyil. İnsanı heyvandan fərqləndirən. Materializm onu görmür. Materializm üçün hər şey elə maddidir. Hətta inam da maddidir. Anlamır materializm ki, dünyada məna nə varsa, heç biri maddi deyil, heç biri. Hətta o maddinin mənası da maddi deyil. Daşın mənası maddi deyil. Daşın mənası daşdan artıqdır. Bu haqda xüsusi söhbətimiz olacaq.

 Sual: Müqəddəsimiz Asif Ata, türkləri İslamdan uzaqlaşdırıb onları Mütləq İnama tapındırmaq şübhəsiz çox çətindir. Mütləqə İnamı necə yaymalıyıq, necə aşılamalıyıq?

Cavab: Addım-addım, yorulmadan, aramsız, sel kimi yox, ağac-ağac. Bağbanlıq. Başqa yol yoxdur. Bu elə bir şey deyil, bir günün içində olmayacaq. Atadan sonra onun Evladları gedəcək, ondan sonra o birisilər… Təki aramsız olsun, təki dayanmasın bu iş. Burda plan qoymaq, 5 ilə gəlin camaatı birdən-birə yığaq, öldürək, məhv eləyək, kim qalar… Bu, olur İsaçılığın Apokalipsisi. İsaçılıqda belə bir ideya var Apokalipsis. Deməli, bir neçə əsrdən sonra İsa qayıda­caq, guya qayıdacaq, orda böyük bir taxt düzəldəcək, taxtın üstündə oturacaq, orda onun mələkləri olacaq və bütün nə var hamısı – sağı da, yoxu da, öləni də təzədən çıxacaq üzə, və sual olacaq sən neyləyirsən? Sonra onları məhv eləyəcəklər. Azdan-çoxdan, 5-10 nəfər qalan olur təzə bir bəşəriyyət. Bu cəfəngiyyatdır. Belə şeyə Ata inanmır. Onu deyə bilərəm ki, bizim Ocağı söndürmək mümkün deyil. Buna mən tam əminəm. Özü də bu mənim pafos əminliyim deyil. Kim bizlə müqayisə eləyə bilər? Mütləq inam olmalıdır, ya yox?! Olmayanda görürsüzmü, nə günə düşürük?! Hər şəraitin bir inamı var, hər günün bir fəlsəfəsi var. Nələr görmədik? Stalin böyük idi, sonra o biri böyük oldu. Marksizm, ondan sonra pozitivizm, rasionalizm hanı? Bizimlə döyüşmək, belə səthi adamlara çox asan gəlir. Döyüşəmməzsən, həqiqət birdir. Yenə də mən fikrimi dedim, sualınıza cavab verdim. Bax belə, sözlə, mərasimlərlə, Müqəddəs həyatla, fədakarlıqla həqiqəti deyə-deyə, qorxmadan təzə insanlar yetişdirmək. Elə insanlar ki, onun qorxusuzluğu da mütləq olsun, onun kişiliyi də mütləq olsun, onun dostluğu da mütləq olsun, məhəbbəti mütləq… Təzə kişilər, təzə qadınlar, təzə ailələr. Artıq var, artacaq. Belə, amma çətin olmağına qəti heç kəsin şübhəsi olmasın. Ağa ilə Ata arasında fərq: Ağa xalqın çiyninə düşən yük, Ata – xalq adlı yükü çiynində daşıyan.

Sual: Ali ehtiram, müqəddəsim! İki sual: içində it olan, ancaq onu hürməyə qoymayan adam özünü itdən azad olmuş saya bilərmi?

Cavab: Əgər sən içindəki iti öldürməsən, o səni yuxuya verib hürəcək. İt ki var, o hürməlidir.

(Ata və zaldakılar gülür – S.A.)

Sualın cavabının davamı: İkinci, insanı insan eləyən sifət dörd­dür: İnam, İdrak, Mənəviyyat, İradə. Bunların mütləqiliyi insanın səadətidir. Mütləq İradə nə deməkdir? Nəinki bir nəfərin fikri, bütün dünyanın fikri sənin üçün heç nədir. Əgər sən öz fikrinə inanırsansa və hətta risk eləyib, öz fikrindən beşəlli yapışırsansa.
Mütəq idrak nədir? Həqiqəti dərk eləyirsən, bütöv. Həqiqət bütöv olmalıdır. Əzəli olmalıdır, kamil olmalıdır. O şey ki, kamil deyil, onu həqiqət sayma. Yarım həqiqət həqiqət deyil. Marksizm cəfəngiyyatı: hər nisbi həqiqət Mütləq həqiqətin hissəsidir. Yalandır. Hər nisbi həqiqət mütləq həqiqətin inkarıdır.

Sual: Millətini dəyişən insanın mənəviyyatı dəyişmirmi?
Millətini dəyişən insanın mənəviyyatı yoxdur? Demək, sual belədir: Millətini dəyişən insanın mənəviyyatı dəyişmirmi?

Cavab: Millətini dəyişən insanın mənəviyyatı heç olmur. Millə­tini dəyişmək olar?! Dəyişirlər ancaq. Xüsusən Özbəkistanda. Özbək o qədər türklüyünü itirib ki, kitab əlimə keçmişdi. 5 il bundan qabaq yazırdı ki, biz camaata üz tutduq ki, kim rusluğu qəbul edir, səs versin. Təsəvvür eləyirsizmi? Bu, olan şeydir ha. Demək, səs ver­məknəndir. Kim istəyir rusu, kim istəyir… belə asan şeydir. Nə dünya, nə türk aləmi? Asan şeydir. Pasportstola get, de ki, “ya xoçu bıt russkim”.

 Sual: Hörmətli Asif Ata, (bunu Evladım Göylü sual verir). Laotsı və Konfutsi filosofları… (sualı sona çatdırmır – S.A.)

Cavab: Bu böyük söhbətdir. Qısa şəkildə. Konfutsini sevmirəm. Konfutsi təbəqələşmə fəlsəfəsidir. Amma Laotsiyə mənim böyük hörmətim var. Onun o böyük fəlsəfəsi Dao fəlsəfəsi, o da bizim o Mənamıza yaxındır.

Səid bəy Musanın sualı: Sizin fəlsəfi baxışlarınız Şri Laqobun fəlsəfəsi ilə nə dərəcədə yaxındır?

Cavab: Yaxşı sualdır. Hind aləmindən mənim bəhrələndiyim üç ideya var: Birinci, yenidən doğulma. İnsan iki dəfə doğulur. Bir dəfə anası doğur, yəni fiziki cəhətcə doğur. Bu azdır. Çünki bununla fiziki doğulan insanın içində çoxlu naqislik var və s. İkinci dəfə özü özünü doğmalıdır. Özü-özünə analıq və atalıq eləməlidir. (Bunu biz bütöv ləğv eləmişik).
Görürsüzmü, heç kəsdən də götürdüyümüzü inkar eləmirik. Bütünlüklə qəbul eləyirik. İkinci dəfə doğulmalısan, özün özünə ata olmalısan. Burada əvvəlki atanın inkarı yoxdur, əvvəlki ananın inkarı yoxdur. Bu bir. İkinci, Atman ideyası. Skutlar da bunlardan çox bəhrələniblər, biz də bəhrələnmişik. Mən də – Ata da bəhrələnib. Bu nədir? Dünyanın özünün ruhu var. Lakin o ruh insana doğmadır. İnsanı çağırır. İnsan dünyaya qovuşmur, o ruha qovuşur. Dünyanın ruhuna qovuşur. Dünyanı sevmir o, amma o ruhunu sevir. Sufizm də burdan gəlir. Tərki-dünyayam, eyni zamanda ruha bağlıyam. Bu iki. Üçüncü, imtina. Bu çətin vaxtımda mənə çox böyük kömək elədi. Mənim Moskvada qalmaq məsələm vardı, aspirantura, hay-həşir vardı. Orda bu fəlsəfə mənə çox böyük kömək elədi. Mən imtina elədim və gördüm ki, heç nə itirməmişəm. Avropa nə deyir, bu dünyada heç nədən imtina eləmə! Nə verilir götür. Əlinlə, ayağınla, dişinlə hər şey. Hətta nəyə imkanın varsa, götür. Hind ruhu bunu demir. Hind ruhu deyir ki, sənin ləyaqətin sənin imtinanın ləya­qətidir. De görüm nədən imtina eləmisən, deyim sən kimsən. Qalan heç kəsin… Hind fəlsəfəsini mən dərindən öyrənmişəm. Düz, üç il öyrənmişəm onu. Təkcə onu yox, eyni zamanda başqalarını. Yaxşı fikirləşmişəm onun haqqında. Tək qalmışam kitablarla. Amma götürdüyüm məğz budur.
Krişnaist isə, Krişnaizm o dünya üçündür. Sən bu dünyada elə yaşa ki, o dünyada öləndən sonra sənin ruhun ali ruha qovuşsun biryolluq, bir də təzədən bədənə keçməsin. Bu cəfəngiyyatdır. Mənə bu dünyada lazımdır. Mənə lazımdır, bu saat, mənə lazımdır ki, Azərbaycan böyüsün, türk aləmi böyüsün. Bütün bunları sübut elə, necə özümü təmizə çıxardım. Bu, balaca işdir, uşaq ruhunun ən zəif nöqtəsidir. Nə Budda bunu deyirdi, nə heç kəs. Göylü, sizin sualınıza məncə tam cavab verdim, yaxşı sualdır.

Sual: Möhtərəm Asif Ata, son üç ildə ümumən oxucuların azalması… (sualı sona çatdırmır – S.A.)

Cavab: Bəlkə bu yaxşı şeydir, elə nə verirdin oxuyurdu. Bəlkə ağıllanıbdır. Mən həmişə demişəm, Azərbaycan poeziyasında gözəl nə varsa, öyrənin, amma gözəl olmayana vaxtınızı itirməyin. Füzulini öyrənin. Füzulini öyrənmir, Həsənbəyi öyrənir. Fəlakət budur.
Bəlkə bu yaxşı şeydir. Yaxşı fikirləşmək lazımdır. Mən çox kitab oxuyan olmuşam. Yəqin ki, eşitmisiniz. Çox, hədsiz dərəcədə məndə kitaba eşq olub. Ömrümün əsas hissəsini mən kitabxanada keçirmişəm. Sonradan başa düşmüşəm ki, əslində yaxşı kitablar çox az imiş. Cəmi 25 ədəd kitab lazım imiş. Onu da mən sizə, səhv eləmirəmsə, bu siyahını mən sizə verdim.

 Sual: Asif Ata, siz transendent sözünün mənasını gerçəklikdən uzaq kimi açdınız.

Amma tənqidçi Nizami Cəfərov, əgər siz onu tənqidçi hesab edirsinizsə, bu sözün özünü bəlli kimi izah edir. Xahiş edirəm aydınlıq gətirəsiniz.

Cavab: Çox yaxşı sualdır. Birinci, Nizami Cəfərovu tənqidçi hesab eləyirəm. Filosof-tənqidçi hesab eləmirəm. Tənqidçi hesab eləyirəm. Filosof-tənqidçi yox. Transendent sözünün mənası. Onun belə hərfi mənası da birdir, elə fəlsəfi mənası da. Fövqəlgerçəklik. Fövqəlbəşər olduğu kimi, fövqəlgerçəklik də var, yəni mənalar hamısı fövqəlgerçəklikdir. Heç biri gerçəklikdə açıq şəkildə deyillər. Hamısı gerçəkliyin üstündədir, qabağındadır, özündə deyil. Bəli, az-çox elmlə məşğul olan adam bilir ki, tək gerçəklikdə nə fəlsəfə var, gerçəkliyin özündə nə məhəbbət var. Hamısı gerçəklikdən artıqdır. Gerçəkliyi ötmədən bunlar yaranmaz.

Sual: Asif Ata, şair olduğumu bilmirəm. Amma şeirlərim çox çap olunur mətbuatda. Şeirdə gülə bilmirəm və bədbinliyim get-gedə dərinləşir. Məni tənqid atəşinə tutanlar çoxdur.

Cavab: Bədbinlik nədir? Bədbinlik kədərdimi? Yox. Kədərsiz ləyaqət yoxdur. Biz elə dünyada yaşamırıq ki, ləyaqətli olaq, həm də kədərlənməyək. Kədər elə ləyaqətdir. Bədbinlik o zaman yaranır ki, təskinlik yaranır. Sən deyirsən ki, neyləyim? Mən heç nə eləyə bil­mə­rəm. Çünki bu dünya pisdir. Onda yalnız əlini-qolunu yanına salanda bədbinlik yaranır, kədərli olanda yox. Bədbinlik təskinlikdir. Özünün zəlilliyini doğrultmaqdır. Onda bədbinsən. Deyirsən, neyləyim ki, bu dünya belədir. Ona görə heç nə eləyə bilmədimsə də, heç kəsə xeyir verə bilmədimsə də, bu mənim təqsirim deyil. Bu, dünyanın özünün fəlakətidir. Onda bədbinlik yaranır. Bədbinlik haldır. Bədbinlik hadisə deyil. Ən kədərli hadisə də nikbin də ola bilər, bədbin də. Mən özümü nikbin hesab eləyirəm. Amma mənim yazılarımı oxusanız, başdan-ayağa kədər ruhundadır. Lakin mən bədbin deyiləm. Çünki mən inanıram, mənim əməlim var, mən bu dünyaya gəlmişəm özümü ifadə eləyəm, təsdiq eləyəm, döyüşəm. Böyük mənada ruhani təmizlənəm. İnsanlaşdıram. Əksinə, mən bu dünyaya gəlmişəm elə-belə, düz eləmişəm gəlmişəm. Bu, bədbin­likdir. Ümumiyyətlə, heç bir məsələ görünən kimi deyil. Kitabları nə qədər az oxusanız, belə yaxşı olar. Burda məsələ hamısı səthi görsənir. Arsızlıq da nikbinlik deyil. Arsızlıq təskinlikdir, – əşi, qoy bu beş günümüzü birtəhər keçirək də.

Sual: Atamızın Azərbaycan mifologiyasını təbliğ edən Mirəli Seyidova münasibəti…

Cavab: İlk cığır açan adam kimi, sosialist realizminin tədqiqindən yox, Azərbaycan türk tanrılarından yazan adam kimi münasibətim yaxşıdır.

Sual: Elmi kommunizmin baniləri Marks və Engelsə bir filosof kimi münasibətiniz.

Cavab: Antifilosof. İnsan alçalır. Fəlsəfənin məqsədi insanın mənasını açmaqdır ən çox. Çünki dünya insanda cəmlənib. Marks nədir? İnsan nədir onda? Cəmiyyətin kölgəsi, istehsalatın kölgəsi. Antifəlsəfə. Bunu mən indi demirəm. Mən bunu 70-ci ildə demişəm. Ona görə mən bilirəm. Amma Fuad Qasımzadə Marks olmasa məhv olar, ölər. O, süpürgəçi də olmayacaq. O, Allaha dua oxusun ki, Marks olubdur. Yoxsa ölər acından. Bir adam ki, dursun desin, Məcnun sülh uğrunda mübarizdir. Bu ağılla o neyləyəcəkdi başqa vaxtda. Hələ mən özümdən danışmıram ha. Mən Ocağımızdan danışıram. Bir də sizin Atanız kimi danışıram. Yəni yaşca da mən sizdən çox böyüyəm. Beşinci kursda oxuyanda ədəbiyyat institutunda əlaçılara raco vaxtı vemişdilər. Nədən istəyirsən danış. Guya nədən istəyirsən. Mənimlə oxuyan Cabir idi, Əli Kərim bizdən bir kurs əvvəl idi və s. mən də əlaçı olmalıydım. Çünki dərs buraxmışdım min saat. Məni çıxardırdılar. Qərəz, beş dəqiqədə mən durdum Marksizmi tənqid elədim. Bunu Cabir bilir. Mənim elə Marksla birinci döyüşüm o dövrdəndir. Demək, bu, əlli doqquzuncu ildir. Ona görə mənim bu gün belə danışmağa haqqım var. Bəxtiyar Vahabzadə “mən həmişə bir cibimdə partbilet, o biri cibimdə Quran gəzdirirəm” deyirdi. İkisi də bir şeydir. İkisi də insanın taleyini Allaha tapşırır. Biri partiya Allahına, o biri göydəki Allaha. Ona görə eyni şey gəzdirirmiş Bəxtiyar Vahabzadə kimilər.

Sual: 17-ci il inqilabından sonra Leninin başçılığı ilə hakimiyyətə gələn hökumətin əksəriyyəti yevreylərdən ibarət idi.

Cavab: Bəli, bütün inqilablar deyəmmərəm, oktyabr inqilabı yevrey inqilabı idi. Bu, tək mənim fikrim deyil. Oktyabr inqilabın­dakıların heç biri rus deyildi. Buxarin rusdur. O da hələ bilmək olmaz ki, necə rusdur?! Başda duran Lenin çox balaca miqyasda rus idi, o əsas kalmık və cuhud idi. Anası cuhud idi. Stalin cuhuda oxşamır. Stalin köhnə Alan’lara oxşayır, sərt, amansız. Qalan hamısı yevreydir. Çünki yevreyin məqsədi dünya inqilabı eləməkdir. Dünya inqilabının başında da yevrey durmalıdır. Çünki onsuz onun milləti daha yoxdur. Sonra millətlər bir-birinə qovuşmalıdır. Bu da yevrey ideyasıdır. Stalin bu yevreylərin hamsını məhv elədi. Amma yevrey ideyası qaldı. Bir gözünü çıxardırlar, ikisini çıxart. Bütün Marksizm, hamısı İncilin deformasiyasıdır. Allah – istehsalat. Yaxşı baxın. Mən bir dəfə Mirəli ideyası ilə bağlı demişdim ki, a bala, sən mif axtarırsan, Marksizmi təhlil elə də. İndi gərək bunu ağlına salam. Mənim vaxtım yoxdur, təəssüf ki, əsatirdir.

Əsil Atalı: Vaxtımız azdır (Ataya xatırlatma edir – S.A.).

Ata: Elə suallar da çoxdur. Elə-belə üzdən cavab vermək olmaz.

(Oxuyur): Hörmətli Asif Ata, (mənim qızım Göylünün sualıdır, qızım o mənada ki, yəni mənim Evladımdır, Ocaqçıdır). Ruspərəst, xain, yaltaq Mirzə Fətəli Axundovun milliyyəti haqqında danışın. Axundov Həsən bəyə məktubunda yazır, o, farsdır.

Cavab: Ola bilsin, o farsdır-nədir. O, əslində aqibətcə rus idi. Mirzə Axundov rus aqibətli şəxsiyyət idi.

Sual: Axundova münasibətiniz.

Cavab: Çox mənfi. Axundovdan başlandı ruspərəstlik. Axun­dovdan başlandı paqonlarımız. Axundovdan başladı realizm. Axun­dovdan başladı hamısı. Riyakarlıq, yaltaqlıq. Axundovdan başladı Brejnev, bura gələndə Heydər Əliyevin bütün xalqı palaz kimi onun ayağının altına salması. İndi hamısı böyük adam olublar. Xalqın hafizəsi çox zəifləyib.

Sual: Gələcəkdə Qarabağ necə görünür?

Cavab: Gec-tez Qarabağ ermənilərdən təmizlənməlidir. Qarabağ­da bir erməni qalmamalıdır. Qarabağ məsələsi ayrı cür həll olunma­yacaq. Erməniylə qonşuluğumuz tutmayacaq, erməni xüsusi məsələ­dir. Erməni ilandır, canavardır, erməni adam deyil. İlanın başını əzməlisən. Bir nəfəri mən döyməmişəm, lap uşaqlıqda da. Mənim bütün fəlsəfəm humanizmdir. Ermənini insan hesab eləmirəm. Çox çəkmişəm. Elə bilməyin ki, elə-belə deyirəm. Oxu­mu­şam erməni haqqında yazılan cild-cild əsərləri. Oxumuşam, onlar haqqında deyilən hamısını. Özüm fikirləşmişəm onları. Görürəm onları. Bu, millət deyil. Bir nəfərə qədər hamısı bir adamdır. Bunu niyə başa düşmürsünüz siz?! Hamı birdir.

Sual: Böyük demokrat Mirzə Cəlilə münasibət və yaradıcılığı haqqında.

Bu, Vəli bəy Səmədlinin sualı.

Cavab: Azərbaycan Şərqə bənzərsiz oğullar verib. Babək, Zərdüşt. Onun biri də Cəlil Məmmədquluzadədir. Onun sosial-demokratizmini onun gördüyü böyük işə bağışlayıram. O da fürsət düşəndə meyil eləyib Sabir kimi. Neyləyək, bu da bizim fəlakəti­mizdir. Amma onun Molla Nəsrəddin kimi jurnalı heç yerdə yoxdur, olmayıb. Dahi jurnalistikadır. Onun “Ölülər” kimi pyesi olmayıb. Dahi əsərdir, böyük hörmətim var ona. Mənim ən yaxşı tənqidi əsərim “Şeyx Nəsrullah əsarəti”dir. Kitabımda da var. Onu mən birinci hesab eləyirəm, özümün ən yaxşı tənqidi əsərim hesab eləyirəm. Məncə, o əsər qalacaq, mənim o yazım.

Sual: Prezidentimiz Mütəllibova necə münasibət…(sualı axıra çatdırmır – S.A.)

Cavab: Bunu mən dedim, yenə mən deyirəm. Mərkəzçi-millətçi.

Sual: Kamil insan necə olmalıdır?

Cavab: Kamil insan, heç olmasa, Mütləq inama tam çatmasa da, yaxınlaşmalıdır. Nisbidən aralanmalıdır. Nisbi nə varsa, heç birini qəbul eləməməlidir. O qədər idraklı olmalıdır ki, onu aldatmasınlar. İstəmirəm, mənə sənin nisbi ədalətin lazım deyil. Mənə ya mütləq ədalət ver, ya da məni aldatma. Çünki nisbi nə varsa, ədalətsizlikdir. Mənə sənin nisbi həqiqətin lazım deyil. Mənə mütləq həqiqət ver. Çünki nisbi həqiqət, elə özü əslində həqiqətsizlikdir. Mənə nisbi xeyir vermə. Mənə mütləq xeyir ver. Çünki nisbi xeyirin özü şərdir. Hamısını gördük. Bütün bu görünənlər hamısı nisbi xeyir kimi gəldilər və şər kimi getdilər. İkinci, idrak cəhətcə də Mütləqə yaxın­laş. Sevgidə, dostluqda, ailədə ya hər şey, ya heç nə. Məhəbbətim yoxdursa, tək qalmalıyam. Nəyinizə lazımdır bu yalançı məhəb­bətlər?! İyrənmirsinizmi? Bu gün sevirlər, altı gün sevirlər. Sonra guya ağıllanır, arvadını başlayır döyməyə. Dəlisən dəli ol, ağıllısan ağıllı.

İradən. Zamanı eşitmə. Zamanı eşitdiyin üçün də bu günə düşdük. Özündə elə güc tap ki, nəinki kollektivi eşitmə, həm də zamanı eşitmə. Zaman özü də aldadır. Zaman özünün nisbisini həmişə mütləq kimi qələmə verir. Məgər Stalinin vaxtında deyirdilər ki, Stalin pisdir?! Demirdilər ki, o Mütləqdir? Leninin vaxtında Lenin Mütləq deyildi? O zaman kim ki, həqiqəti deyirdi, o böyük adam idi. Onlar da bir nəfər, iki nəfər idi. Sosializmin hay-həşirli vaxtında Tolstoyla Dostoyevski, iki nəfər vardı bütün Avropada. Hamısının gözləri kəllələrinə çıxmışdı, – sevincdən ki, sosializm var. Ancaq bir Tolstoy, bir Dostoyevski yox. İki nəfər. Sonra kamil insan gərək mənəviyyatında tər-təmiz olsun. Paltarımızı azdan-çoxdan təmiz saxlayırıq. İllərlə öz daxili aləmimizə getmirik, qapımızı açmırıq. Evimizin içinə girməyəndə toz qonur. Evə balaca bir toz qonanda özümüzü itiririk. Ancaq daxili aləmimizə toz qonur illərlə və sonra o tozdan palçıq əmələ gəlir. Palçıq sonra bizim ürəyimizi yeyir. Özümüzlə məşğul olmuruq. Çünki dəhşətli bir pedaqogika, murdar pedaqogika var, – hər şeyi kollektiv həll eləyir. Hər kəs özünü kollektivə gətirir necə varsa. Sən tək qalmalısan özünlə. Biz hər şeylə məşğul ola bilirik – yerlə-göylə. Hər şeyi bilirik – riyaziyyatı, astro­no­miyanı. Özümüzü bilmirik. Ona görə bu günə düşürük. Birdən özümüz də özümüzə məəttəl qalırıq. Birdən murdar bir iş görəndə, qəfil murdar iş görəndə unuduruq ki, o murdar iş yavaş-yavaş başlayıbdı. O zaman onu içimdə öldürsəydim, indi mən baş kəsməz­dim. Birdən baş kəsirik. Özümüzdən xəbərsiz guya. Soruşursunuz ki, kamil insan olmaq olarmı? Olar. Ardıcıl olsanız olar.

(ardı var)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir