Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin
37-ci ildə VII “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 26 Yağış Ayı;
Yer: Atagün Eli;
Başlanır: saat 16.00
Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Elana Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
Mütləqə İnam və siyasiləşən millətlər qonusunda düşüncə aydınlığı yaratmalı. Yəni Mütləqə İnam xalqı yaratmaq, eləcə də Mütləqə İnam bəşəri yaratmaq siyasiləşən millətlərin aqibətində necə mümkündür?
Xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçəcək?
Törənə qatılanlar olsa düşüncələrini bölüşə bilərlər.
Qutsal Oxuma: “Fəlsəfənin Təməli”ndən bir parça oxunub aydınlaşdırılır.
Ailə Gününə ruhsal hədiyyə sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
- Ailəçilik aqibəti – özül dəyərləri yaşatmaq fərəhi!
- Ruhsal Ailəçiliyi yaşatmaq – xalqlaşmaq hünəri!
Gediş yazısını yazdı: Soylu Atalı
21 Yağış Ayı, 37-il. Atakənd.