Xəbərlər

Atagün və Uluyol-Hünər Ailələrinin Aylıq törəninin Gediş Yazısı

IMG_8295Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili

Atagün və Uluyol-Hünər Ailələrinin Sərt Ayı üçün Aylıq törəninin
Gediş Yazısı

Gün: 28 Sərt Ayı; Yer: İnam Evi;  Başlanır: saat 15:00
Oda Amal Ruhuna uyğun hazırlanır. Gül-çiçək, çəkiliş üçün gərəkən nəsnələr hazırlanır – bunlara sorumlu Nurtəkin Atalı.

Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir.

  • Ø “Təbiətdəki Mütləqlə Gündüz Təması”, “Ataya Günorta Ricası” söylənilir – Günev.

Hesabat qonuları:

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən.

2) Toplum ağır dolanışığa görə qorxu içindədir. Bundan qorunmaq üçün İnsanlığa, Ulusallığa uyğun olmayan hər cür qırağaçıxmalara baş vururlar. Belə bir durumda Ocaqçılar necə davranırlar, ya da necə davranmalıdırlar?

3) Yurdumuzda, dünyada toplumsal, siyasal olaylar Ocaq görümündə.

  • Ø Qonaqlara söz verilir.

Qutsal oxuma: “Mütləqləşmək  – Var olmaq”dan bir parça oxunub aydınlaşdırıcı düşüncə sərgilənir.

  • Ø Törəndə ruhsal hədiyyə sunulur.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”  səcdəsi ilə Ailə Günü sona çatır.

Günün carı:

  • Ata Yoluna bağlı olan düşüncələr aydın, ürəklər işıqlı və arı olur!
  • İnsana sözümüz: Bu aydınlığı, işıqlılığı və arılığı duymaq bəxtiyarlığına yet!

 

Gediş Yazısını yazdı: Soylu Atalı

21 Sərt  Ayı, 37-ci il. Saray-Soylu.

(dekabr, 2015.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir