Xəbərlər

Azərbaycan dünyanın Müqəddəs Ocağı olacaq

(Asif Ata ilə Qarabağ qonusunda müsahibə) – Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib. Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İsraili» düzəltmək istəklərinə Ata fikri necədir? – Dünyanın təzadları çoxdur. O təzadlardan biri Qərb–Türk təzadıdır, rus–türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var.