Xəbərlər

Ulusəs Atalı. Özbaşınalığın təhlükəsi

Hakimiyyət ziyalını yadların, yadlığa güdazına verə bilir. İstedadlı yazıçı-publisist, xoşxasiyyətli insan, açıqsözlü ziyalı Rafiq Tağı evinin qarşısında silahlı basqına məruz qalır. Bu hal ölkədə cəsarətli sözün qədir-qiymətinin bilinməməsindən xəbər verir. Rafiq Tağıya qarşı təşkil olunmuş zorakılıq hadisəsi onun yazıçılıq fəaliyyətinə qarşı olmaqla bərabər, həm də ictimai fikrin inkişafını əngəlləyən əməlidir.

Xəbərlər

Nurtəkin Atalı. Şərin dəyişə bilmədiyi

  Rafiq Tağını ilk dəfə yazılarından tanıdım. Yazıları özü haqqında sərt adam təsəvvürü yaradırdı. Tanış olanda isə təsəvvürümü dəyişdirdi. Tələsmədən yeriyən, tələsmədən danışan, həlim səsli, dinləməyi bacaran, həmişə təbəssümlü bir adam olduğunu gördüm. Elə bil yazılarında sərt ifadə işlədən adam deyildi. Tədbirlərimizdə iştirak edirdi. Münasibətini, razılaşdığı və razılaşmadığı məqamları deyirdi. Ayrı-ayrı məsələlərə yönəlik baxışlarımızda fərqlər […]