Xəbərlər

Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Xəbərlər

Soylu Atalı. Qibləmiz – Türk Birliyi

Sovetlərin təsirində olan türk toplumlarının taleyini diqqətdə saxlamalı və ilk fürsət düşəndə onların bağımsızlıqlarına yardımçı olmalı – yaratdığı Türkiyə dövlətinə belə buyurmuşdu Atatürk. Əlbəttə, bunun üçün Türkiyə öz bağımsızlığını qorumalı və hərtərəfli inkişaf yolu keçməli idi. Siyasi dünyanın əhatəsində və basqısı altında tək qalan Türkiyə üçün bağımsız qalmaq və inkişaf etmək suyun üzündə gəzmək qədər […]

Xəbərlər

Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü). Milli Dəyərlərin soyqırımı

Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın […]