Ürəyinizdə Günəş olsun, sayğılı dostlar! Aramızda olan məsafə uzun olsa da, qəlbimizlə, sevgimizlə yaxınıq sizlərə. Həm də yalnız sevgimizlə deyil, işimizlə, mübarizəmizlə sizlərə doğmayıq, gərəyik – çiyin-çiyinə, ürək ürəyə söykəyik. Dünyanın harasında olursa olsun, sağlam düşüncəli türk insanlarımızın ancaq bir istəyi olur – barış, özgürlük.