Xəbərlər

Soylu Atalı. Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı

Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. […]