Ulusəs Atalı
Xəbərlər

Ulusəs Atalı. Türkü – Türk İnamı var edəcək

Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm. Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə. “Dünya ağaları” türkün böyüklüyünü qəbul etmir, əksinə, türkü məhv etmək zoruyla yaşayırlar. […]