Xəbərlər

Yeni Ocaq səfərləri

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı bölgələrimizə yeni səfərlərini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonunda olmuşlar. Öncə Amaldaşları Yurdtəkin Atalının qonağı olmuş, onun təşkilatçılığı ilə ayrı-ayrı gənclərlə söhbətlər etmişlər. Gəncləri maraqlandıran suallara cavablar verilmiş, sonda onlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Xəbərlər

Yeni Ocaq səfərləri

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.