Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı
Günevin Yükümlüyündəki “Atagün” Ailəsinin
34-cü ildə I Aylıq Toplantısının
Gedişatı
Yer: Atagün Eli (Örənqala)
Tarix: 31 Günəş Ayı, 34-il
Vaxt: 15.00.
Oda Amal Ruhuna uyğun hazırlanır – gül-çiçək, texniki vasitələr – Təşkilatca sorumlu – Elana.
“Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə tədbir başlayır.
Günev “Ruh üstə” çağırışını söyləyir.
Mövzular:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
İdeyada güzəşt, özünə münasibətdə güzəşt nə deməkdir? Bu cür güzəştlər Amal üçün nəyə gətirib çıxara bilər?
Müqəddəs Oxuma: “Ruhaniyyat” kitabından bir parça.
Ailənin arxivini yaratmaq və Ailəçiliyin oturuşması ilə bağlı düşüncələri bölüşmək.
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə son.
CARLAR
- Xalqlaşmaq – Ata Ruhuna qovuşmaqdır!
- Əzabımız da, Fərəhimiz də Atanın Evladlaşma tələbinə layiqdir!
Gedişatı yazdı: Soylu Atalı.
18 Günəş Ayı, 34-il. Saray-Soylu.