Yeni törənlərin yaranması Asif Ata Ocaq Bayramlarının məzmununu və anlamını yazsa da, onun sağlığında bu bayramlar keçirilməmişdi. 20-ci ildən başlayaraq, Soylu Atalının yazdığı ideya-təşəbbüsü əsasında ilk dəfə “İnsanilik” Bayramı Ceyranbatan gölünün qırağındakı meşə zolağında – təbiət qoynunda keçirildi. Bayram öncəsi tonqal yandırıldı, tonqal yörəsində söz deyildi. Sonra gedişə uyğun olaraq, Ocaqçılar və Ocaq dostları Bayram […]
Azərbaycanda ermənilər zaman-zaman vəhşi qırğınlar törədiblər. SSRİ qurulandan öncəki qırğınları kulminasiya nöqtəsi saymaq olardı. Ancaq SSRİ-nin sonunda Xocalıda, ümumən Qarabağda baş verən faciələr öncəki erməni vəhşiliklərini kölgədə qoydu. Türkə qarşı erməni dəyənəyi hazırlayan dış qüvvələr içərisində öndə gedənlərdən olan Rusiya SSRİ-ni qurandan sonra erməni azğınlıqlarını bizə keçmişdəkilərin yanlışı saydıraraq, yalançı xalqlar dostluğu uydurdu, ermənilərlə azərbaycanlılar […]
Ürəyinizdə Günəş olsun, sayğılı oxucular! Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.