Xəbərlər

İnsançılıq-Millətçilik-Bəşərilik (gənclərlə görüş)

Gimnaziyada görüşÜrəyinizdə Günəş olsun istəkli soydaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı olaraq milli, insani yöndən iş aparır. İstər yazılı, istər elektron basın (mətbuat) araçılığı ilə Asif Atanın Dünyagörüş sistemini yaymaqla yanaşı, Onun Ocağı birey (fərdi) və kütləvi görüşlər də həyata keçirir. Bu görüşlərdə gənclərimizin vətən sevgisini möhkəmlədən, milli dəyərlərə münasibətini aydınladan ideyaların öyrədilməsi başlıca yer tutur. Yurdumuzda yayılan, vətənsizləşdirən baxışların anlamı aydınlaşdırılıb rədd edilir.  Son çağlar dəbdə olan “sınırların aradan qaldırılması” yalanları ilə aldadılan gənclərimizin sayı çoxalır. Bunun qarşısını, düşünürük ki, yüksək və orta oxullarda almaq gərəkdir. Milli dəyərlərimizin öyrədilməsi ilə gəncliyin üzünü vətənə çevirmək hər bir aydının, bilim adamlarının borcudur. İçəridən və dışarıdan mili kimliyimizi sarsıtmağa çalışan qüvvələri durdurmaq üçün gənclik onların etkisinə uğramamlıdır. Yabançı qüvvələrin, dağıdıcı təriqətlərin çağırışına aldanan gəncliyə umud bəsləmək olmur.

görüş

Bu deyilənləri anlatmaq, gəncliyi Asif Atanın milli-bəşəri Baxışına çağırmaq istəyiylə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Bakıda Gimnaziya öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Görüşə 40-dan çox qatılan vardı. Uğurla başa çatan milli-ruhani söhbətimiz Asif Ata Ocağının Evladı İnamlı Atalının təşkilatçılığı ilə baş tutmuşdur.

 Öyrətmənlər söhbətdən məmnun qalmış, yenidən bir araya gəlməyimizi və bu cür söhbətləri davam etməyimizi diləmişlər. Onlara çoxlu sayda Ocaq ədəbiyyatları da bağışlanmışdır.

SAM_9938 SAM_9947 SAM_9945 SAM_9934 SAM_9933 SAM_9930 SAM_9926 Gimnaziyada görüş SAM_9937 SAM_9936 - копия SAM_9951

 

                                                                                                   Mütləqə İnam Ocağı

 

                                                                                                  12 Köçəri Ayı, 36-cı il. Atakənd.

                                                                                                 (fevral, 2015. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir