Xəbərlər

İnsanlığın Yeni İli qutlu olsun!

1Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir.
Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə bəşərə İnsanlaşma Dünyabaxışının gəlişi günüdür. Miladla 1979-cu il Yurdumuz Azərbaycanda İnsanlaşma Erasının, İnsanlaşma Sivilizasiyasının, İnsanlaşma Qurluşunun başlanması Asif Ata tərəfindən elan olunub.

İnsanlığın-Türklüyün-Bəşəriliyin yalanlardan, dağıdıcı heyvanlıqdan xilasını özündə daşıyan Mütləqə İnam ideyasının – Dünyabaxışının bu ünlü günü, bu ünlü bayramı münasibəti ilə İnsanlığı təmsil edən dünyanı qutlayırıq!

Hər il olduğu kimi Asif Atanın Mütləqə İnam Ocağı Günsıra vizitini işləyib çap etdirib. Bu vizitlər görüşlərdə, səfərlərdə yurddaşlarımıza bağışlanır. Günsıra viziti iki biçimdə hazırlanıb: birinin üzündə qara fonda işıqlarla Ocağın ili – 37 yazılıb, o biri üzündə isə aylar və həftənin günləri əks olunubdur. Günsıranın ikinci biçiminin üzündə Ocaq-Türk abesinin latın abesi ilə qarşılıqlı qrafiki, o biri üzü isə yenə aylar və həftənin günləridir.

1

2 3

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir