Xəbərlər

Mütləqə İnam Ocağında yeni kitab çapları

Scan1Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Ötən ay Mütləqə İnam Ocağı Asif Atanın 80 illiyi qarşısında bir sıra Ocaq əməlləri həyata keçirmiş, bununla bağlı Törəndə hesabat vermişdir. Bu əməllər sırasında Asif Atanın “Onluq”undan “Fəlsəfənin Təməli” Bitiyi çapdan çıxmış və oxucuların ixtiyarına verilmişdir. O cümlədən ulusal kimliyin təsdiqi kimi hazırladığımız “Ölügötürmə Quralları” və “Beşikbaşı (evlənmə) Quralları” kitablarımız yenidən çap edilmişdir. Xatırlatmaq istəyirik ki, bu qurallar əsasında Mütləqə İnam Ocağı bir sıra yas və evlənmə törənləri həyata keçirmişdir. Bu gələnəklər bundan sonra da davam edəcəkdir. Kitablar bu günlərdə Milli Kitab Evinə sunulacaq, eləcə də satış məntəqələrində olacaqdır.

Scan10002

Scan1

Mütləqə İnam Ocağı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir