Xəbərlər

Nurtəkin Atalı. Ocaqlaşan talelər

Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır. Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir. Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı. Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möhkəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə.

Çünki birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən. Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir. Bu gün çox şeylər imkansız görünə bilər. Amma  problemi ilk növbədə ağılda, düşüncədə həll etmək gərəkdir. Daxildə həllini tapanı həyata keçirməklə zaman-zaman böyük niyyətləri gerçəkləşdirmək mümkündür.

Bu baxımdan Ocaq tədbirləri, görüşləri çox önəmlidir. Hər bir Ocaq tədbirində Ocaqçılardan, Atadan nə qədər bəhrələndiyimi hiss edirəm. Təzələnirəm, köklənirəm, ümidlənirəm. Soylu Atalıyla hər görüşdə bölüşürük bu qayğıları, düşüncələri. Eləcə də Ocaq dostları ilə. Evlərə gedir ideya, düşüncə, əməl.

Elə bu günlərdə Ocaqdostu Ağşın Ağkəmərlinin evində Ata Sözünə bağlandıq. Ağşın bəy Asif Atanın ideyalarında Azərbaycanın sabahını görə bilir və hər görüşündə bunu dilə gətirir. Övladlarını Ocaq tədbirlərinə gətirir ki, Ocaq ruhunda böyüsünlər.

Biz Ağşın bəyin evində çox qayğılardan bəhs etdik. Doğmalaşdıq yenə də qayğılarımıza, ağrılarımıza. Ümidlərimizi bölüşdük, bugünümüzü araşdırdıq. Günümüz Amal halına köklənmişdi. Ailələrin Ocaqlaşması yönündə ünsiyyətlərimizi davamlı etməyi qərara aldıq. Çünki Milli Varlığımız özümüzdən başlayır, evimizdən başlayır.

Atamız Var olsun!

İşıq Ayı, 35-il. Atakənd.

(may, 2013. Bakı).

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir