Xəbərlər

Ocağın irsi Milli Dövlət Arxivinə verildi

Ürəyinizdə Günəş olsun!
Ocaq Günsırası ilə 12 Günəş Ayı, 42-ci il tarixində (12.03.2020) Asif Atanın yeni əlyazıları, eləcə də Mütləqə İnam Ocağının çalışmalarını əks etdirən çoxsaylı səs, görüntü materialları Milli Dövlət arxivinin eyniadlı şöbələrinə təhvil verildi.
İllər öncə Asif Atanın əldə olan bütün əlyazıları – səs, görüntü materialları Milli Dövlət arxiivinə təhvil verilmişdir. Təhvil verilən materialların nüsxələrin surətləri artırılaraq, Mütləqə İnam Ocağının öz arxivində də (bir neçə nüsxə olmaqla) qorunub saxlanmaqdadır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir