Xəbərlər

Ocaq səfərlərinin yeni soraqları

Mübarizə aparmaq üçün içdən Azərbaycanlaşmaq gərəkdir. Bunun üçün Azərbaycanın mənəvi-ruhani mahiyyətini özü üçün kəşf etmək, sevgisinin işığına çevirmək, bunu soydaşlarına çatdırmaq addımları atılmalıdır. Dəyərləri yaşamdan silinən, ələbaxan, onun-bunun buyruğuna yönəldilən,onun-bunun son sözünü təkrarlayan bugünkü Azərbaycanı heç kimə sevdirmək olası bir iş deyil. Belə bir Azərbaycan uğrunda heç kim içdən savaşmaq istəməz…
Bu günlərdə Bilən Atalının təşkilatçılığı, yardımı ilə bölgədə görüşlər keçirən Soylu Atalı soydaşları ilə söhbətlərinə bu düşüncələrlə başlayır. Azərbaycanın qutsal dəyərlər sisteminin mahiyyətini soydaşlarına anladır. Yurdunun gələcəyini Asif Atanın ideya-baxışına bağlı olaraq öyrənməyin, anlamağın gərəkliyini vurğulayır. Xalqın gələcəyinə qulluq eləmək – onun dəyərlərini, şəxsiyyətlərini tanımaqdan, öyrənməkdən keçir. Düşüncələrimizi, varlığımızı sıxışdıran hər cür yadlığa, özgəçiliyə qarşı dirəniş göstərmək böyük ideyalara dayanmaqla olar. Asif Ata bizim üçün yadlığlara qarşı dirəniş göstərmək olanaqları yaradır, yəni bizə böyük ulusal-insani-bəşəri ideyalar sunur. Biz də onu ömrümüzə çevirib yola çıxırıq. Bu ideyaların harayını çəkirik. Gözü olanları görməyə, qulağı olanları eşitməyə, ürəyi olanları duymağa çağırırıq. Ulusal ərdəmliyi olanları yaşamağa, qorumağa səsləyirik.

Ocağın Yükümlüsü hər görüşdə soydaşlarımıza Ocaq ədəbiyyatları bağışlayır, onları düşündürən suallara cavab verir.

Atamız Var olsun!

Qar Ayı, 42-ci il.
(yanvar, 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir