Xəbərlər

Ocaqda yeni kitab çapdan çıxdı

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu günlərdə Asif Ata Ocağının yeni bir kitabı çapdan çıxdı. Göytəkin Atalının “Qaranlıqdan İşığa” adlı bu kitabını onun ömür yolunu bəlirləyən mənəvi axtarışlarının sonucu saymaq olar. Kitabın mətni, məzmunu bütünlüklə suallardan, cavablardan oluşubdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə telefon bağlantıları onun ömründə dönüş yaratmış, düşüncələrində yaranmış çoxsaylı suallara cavab taparaq Asif Ata Ocağının Evladı olmuşdur. Elə bu kitab telefonla aparılan sual-cavabın bir hissəsini qapsayır.

Bu bir ömür yolu, bu bir düşüncə xəttidir… Kitabı Asif Ata Ocağı ilə ilgilənən insanlar üçün gərəkli bir ədəbiyyat saymaq olar. Yaxın vaxtlarda Milli Kitabxanaya, eləcə də bir sıra başqa kitabxanalara nüsxələr bağışlanacaqdır.

Atamız Var olsun!

 

Mütləqə İnam Ocağı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir