Xəbərlər

Oxu Günü

Asif Atanın Mütləqə İnam Ocağı fərdin daxili inkişafı üçün yeni bir ideya gerçəkləşdirdi. Bu ideya “Oxu Günü” (mütaliə günü) adlanır. Bu tədbir Ocağın “Amallaşma Günü” tədbirindən fərqlidir. Burada məqsəd Ocaqçıların dünyanı ümumiləşdirmələr səviyyəsində öyrənməsini təmin etməkdir. Bu işin Atanı dərk eləməyə böyük təsiri var. Biz deyirik Ocaqçı Amalın aşiqi olmalıdır. Ancaq dərin ruhani bilik əldə eləmədən bu istək özünü doğrultmur. Həm də Asif Ata ilə Dünyanın doğmalığının və fərqinin sınırlarını bilmək gərəkdir. Ata Dünyadan bəhrələnib, ancaq dünyanı təkrar eləmir. Ocaqçılar qıraqda mütaliəli adamlarla qarşılaşanda onlar Asif Atanın dünyanın təkrarı olduğunu deyirlər. Əlbəttə, dünyanı da, Asif Atanı da yaxşı öyrənmədən bunu demək doğru deyil. Atanı dünya ilə vəhdətdə öyrənmək olar. Əslində isə Atanı daha çox fərdi götürmək və təhlil etmək gərəkdir.
Bir var, İnamın sadə insanlar arasında yayılması, bir də var elmi, ideoloji mühitdə yayılması. İnamın sadə insanlar arasında yayılmasının bir çətinliyi var – bu, onların ağlına İslam dininin hakim olması ilə bağlıdır. Elmi, dieoloji mühitdə İnamın yayılmasının iki çətinliyi var. Bunlardan biri yenə də İslam dininin hökmranlığı ilə bağlıdır. İkinci, Asif Atanın özündən əvvəlkiləri təkrar eləməsi göstərilir ki, bu da onların yanlış dirənişlərinə səbəb olur. Təbii ki, toplumun içindəki bu cür mənasız dirənişi yenmək üçün Amalın aşiqləri gərəkdir. Amalın aşiqləri isə Amalın biliciləri deməkdir. Ocaq fərdi bütün fəzilətləri İnsana bağlamağın imkanlarını öz içində aşkarlamalıdır. Bunun üçün iki istiqamətdə iş getməlidir: – öyrənmək və öyrətmək. İnamın Dindən üstünlüyü, İnsanın Adamdan üstünlüyü, Amalın Həyatdan üstünlüyü ideyası fərdi ciddi axtarışlara yönəldir. Bu həqiqəti yaşamadan və yaşatmadan dərk etmək və başqasına öyrətmək mümkün deyil.
…İlk tədbir uğurlu alındı. Ata ideyalarının gerçək cizgiləri böyük ədəbiyyatlarda öz əksini tapıb. Onları dəyərləndirib təhlil elədikcə çoxsaylı suallar cavabını tapır. Amalımız məktəbdir. Bu məktəbdən bəhrələnmək hər kəsə gərəkdir.

Atamız var olsun!

23 Qar Ayı, 33-il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir