Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 45-ci ili
Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı
Gün: 12 Ata Ayı, Ümid Günü;
Yer: Günev Atalının evi (Binəqədi r.)
Başlanır: 15:00.
- Bayramın hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur.
- “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə törən başlayır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – Göylü Atalılar deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
Bayram qonuları:
- Doğunun özgələşmə qorxusu.
- Doğu öz sabahını necə qurmalıdır?
- Bayrama Ruhsal hədiyyələr sunulur.
“Şərqilik Şərqisi”ni – İnamlı Atalı,
“Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Nurtəkin Atalı deyir.
Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır.
Carlar:
Qurtuluş – Özümləşmədədir!
Sabahın özülü Bugündən başlayır!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
6 Ata Ayı, 45-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
6 Ata Ayı, 45-ci il. Saray-Soylu.