Xəbərlər

“Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 44-cü ili
“Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı

Gün:25 Çiçək Ayı, Arzu Günü;
Başlanır: saat 14.00.

Törənə təşkilatca sorumlu Göylü, Nurtəkin Atalılardır.

Hamı: “İdrak ölçümüz  – Ata Həqiqətləridir” deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı Göylü, “Ruh üstə” içsəsini – Nurtəkin Atalılar deyirlər.

Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.

Günün qonusu: “Ruhani İdraka yetmək – Özümləşmək, Özünü təsdiq etməkdir!”
Ocaq Yükümlüsü verilən soruları cavablandırır.

Törənə Ruhsal hədiyyə sunulur.

Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə Ocaqçılara verir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

Günün Carı:
Ata İdrakına yetmək – Evlad Aqibəti yaratmaqdır!

Gediş Yazısını yazdı: Göylü Atalı.
20 Çiçək Ayı, 44-cü il. Sumqayıt.

Qəbul olunur.
Mütlləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
20 Çiçək Ayı, 44-cü il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir