Xəbərlər

Şəfa Göytəkin

Bu yaxınlarda SOYLU ATALInın dinlədiyim bir şeirini HƏQİQƏTləri öyrənməyə başlamadığım vaxtlarda dinləsəydim, yəqin bu sətirlərin mənə nələri dediyini anlamazdım.

Ucurum üstündən yol salma mənə,
Bu səfər genimdə yaddaşım deyil.
Soyumdan, qanımdan sayılsalar da,
Özünü dananlar qardaşım deyil.

Bəzəkli hədislərlə, üzdə görünən əməlləriylə bizi dinə çəkən dindarlar dediklərinin hec birini özləri anlamamış, yaşamamışlar. Din adı ilə guya bizi xilasa çəkirlər, ancaq dinin özünün bir uçurum olduğunu bilməmiş, öyrənməmişlər. Mən “dindaram”, mən “hacıyam”deyimini sadəcə özlərinə rütbə etmiş, ancaq içində İNSANLIQ adlı YOLun başlanğıcından belə xəbərləri olmamışdır. TÜRK-Ulus qardaşlığını din qardaşlığı ilə əvəz edib qurtuluş yolunu bunda axtaran, TÜRK adının ucalığından çəkinərək balacalığa sığınmışlar. Mənə hansı gələcəyi vəd edirsiniz, əgər dünyanı fanilik kabusuna bürüyürsünüzsə?!

Keçmişim danılsa, gələcəyim yox!
Boşuna vəd vermə, görəcəyim yox!
Özüm düşünməsəm, deyəcəyim yox!
Sirrimi bilməyən sirdaşım deyil!

Oxuduqca hansı doğru, hansı yalan deyə çaşıb qaldığım tariximi mənə düzgün çatdırmayanlar, əyilə-əyilə ucalmaq yolunu göstərənlər, Özümüzü tanımayıb özgəçiliyə qaçıb söykənməyi önərənlər, özünü mübarizə meydanında görüb mübarizənin nə olduğunu dərk etməyənlər, bir-birilə savaş halında olub, xalq uğrunda deyil, hakimiyyət ugrunda çəkişən “siyasətçilər”! Boş vədlərinizlə hara üz tutum, göstərdiyiniz səmtlər qaranlıq, gələcəksiz bir boşluq. O boşluqda daimi çəkişmələrdən başqa bir şey görünmür.

Boyama gözümü haqqı danaraq,
Ruhum buz bağladı qanım donaraq,
Bütöv olammadım tam aldanaraq,
Başıma düşən daş başdaşım deyil.

Mənə qurtuluş yolu kimi göstərilən, mənə kamiləşmək, xoşbəxt yaşam – cənnət vəd edən  Dinlə  necə özüm ola bilərəm ki, varlığım, kimliyim danılır.

Necə bütöv ola bilərəm Türk-İslam kombinasiyasıyla?! Başdan binadan yalanlarla, yanlışlarla dolu vədlər…

Daha parçalamaz sinəmi güllən,
Daha aldadammaz min türlü hiylən,
Dərdimə dərmanı mən özüm billəm,
Yadlar öyrətmənim, yolbaşım deyil.

Artıq yalanlarla pərdələnmiş bilgilər deyil, Həqiqətlər var gözümüzün önündə! “Mütləqə İnam” var – bizə keçmişimizi, Özümüzü tanıdan! İslqlı gələcəyimizin sirri bizim Özümüz olaraq yürüməyimizdədir!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir