Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq.
Saz Əsilliyik – Yenilməz təbiətliyik, Döyüşkən təbiətliyik.
Mütiliyin təntənəsinə dözmədik – «20 Yanvar» yaratdıq.
«20 Yanvar» bizim Hiddətimizdən Doğdu: – İmperiya azğınlığına qarşı Hiddətimizdən; erməni məkrinə qarşı Hiddətimizdən; içimizdəki özgəçilər yağılığına qarşı Hiddətimizdən!
Hiddətimiz yetkin idi, Hiddətimizin nizamı kal idi, kallıq nizamladı Hiddətimizi. Nizamsızlığımızdan bəhrələndi Yağı. Hiddət Göyümüzün üzü qan rənginə boyandı, Günəşimiz Qan rəngində doğdu – 20 Yanvarda.
Yağının əlində boğulmadı, kal nizamda boğuldu Hiddətimiz!
«20 Yanvar» yaratdıq – İşıqçılığımıza qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır!
«20 Yanvar» yaratdıq – Əsil Azadlığımıza qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır.
«20 Yanvar» yaratdıq – Ağsaqqallıq Böyüklüyünə qovuşmadıq. Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır.
«20 Yanvar» yaratdıq – Daxili Kamillik Ucalığına qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır.
«20 Yanvar» yaratdıq – Daxili Əsilliyə, İlahi xilqətimizə, Yenilməzlik Bənzərsizliyinə qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır.
Gücümüzün bir hissəsini itirdik, Yağı vaxt qazandı. Gücümüzün israfçılığına yol vermək olmaz. Xalqı Ruhani İntibah Həqiqətinə böyütmək gərəkdir.
Xalqın Cəhalət tilsimini sındırmaq – Vüqar Xalqı Yaratmaq gərək!
Xalqı Qərbçilik – Özgəçilik təslimçiliyindən qurtarmaq – Birsifətli, Biryönlü, Bir Amallı Xalq Yaratmaq gərək!
Xalqı maddiyyatçılıq – Varidatçılıq hərisliyinin pəncəsindən qurtarmaq – Ruhaniyyatçı Xalq Yaratmaq gərək!
Xalqı Siyasi boşboğazların, Hakim Bütçülüyü təsirinin caynağından almaq – Atalığa – Böyüklüyə Səcdə Ucalığında böyüyən, Yetkinləşən Xalq Yaratmaq gərək!
«20 Yanvar»dan Dərs almaq gərək!
Ali Hiddətimizi qorumaq gərək!
Şəhid olan Əcdadlarımızın Müqəddəs niyyətlərini qorumaq gərək!
Atamız Var Olsun!
11 Qar Ayı, 21-il. Atakənd.