Xəbərlər

Soylu Atalı. Amaldaşlarıma

 Ürəyinizdə Ata Günəşi olsun, dəyərli Amaldaşlarım!
Neçə gündür söhbət eləmək istəyirəm ki, sizlərlə düşüncələrimi paylaşım. Ancaq internet olmadığına görə qrupda paylaşa bilmirəm. Elə indi də qrupda bir şeylər deyirəm, göndərirəm, aktivləşmir. Ancaq yenə də mən bu söhbəti  aparım, “Ata Yolu” qrupunun yaddaşına düşsün. Nə vaxt internet olar, açılar hər biriniz dinləyərsiniz, mənim mövqeyimi bilərsiniz.
(Ocaq günsırası (təqvimi) ilə 8 Xəzan Ayı, 42 -ci il. Miladla 8 Oktyabr 2020-ci il).
Savaş başlayandan üzü bu yana, bildiyiniz kimi, sizinlə söhbətlərdə ciddi rahatsızlıqlarımı dilə gətirirəm. Qarabağda gedən savaş Qarabağın tam azadlığı, savaş prosesinin tam sona çatması demək deyil. Ancaq çoxları elə hesab edir ki, bu proses tam başa çatacaq, qələbə mütləqdir. Mən də bununla bağlı əks təbliğat aparmaq istəmirəm. Hər kəsdə bir ruh yüksəkliyi var. O ruh yüksəkliyini endirmək istəmirəm. Ancaq həqiqət həqiqətdir. Həqiqəti də deməliyəm. Bütün Azərbaycan toplumu eyforiyaya qapılıb. Mən görürəm ki ,Ocaqçılar da toplumun eyforiyasına qoşulurlar. Söz yox, bu yanlışdır. Ocaq ona görə Ocaqdır ki, həqiqətləri tam görür, uzaq görür. Milli açıdan yaxşılarımızı, uğurlarımızı dilə gətiririk, milli çatışmazlıqlarımızı da dilə gətirir,onları çəkinmədən deməyi də bacarırıq. Ancaq Ocaq olaraq, öz mübarizə işimizin arxasında oluruq. Dünyada nə baş verirsə versin, biz öz mübarizə əhvalımızdan dönmürük, dönməməliyik.

Mənim anladığım, gördüyüm odur ki, indiki savaş sonucu Qarabağa status verilə bilər. Üzdə ordumuz böyük itkilərlə də olsa, erməni yaraqlılarını vurub Azərbaycan torpaqlarından çıxardacaq. Hamı da buna köklənib.Hamı bunu qələbə sayır, ancaq bu mütləq qələbə deyil. Erməniyə tərs şillə vurulması gərək idi. Nə qədər biz humanist olsaq da, bunu dilə gətirməliyik. Erməni millət deyil, erməni insan deyil, erməni nə elədiyini bilmir. İnsanlığı bacarmır, qonşuluğu bacarmır. Yurdumuzda bir erməninin olması belə artıqdır. Buna görə ordumuzun ona tərs şillə vurması bizim də içimizdən gəlir, bizim də ürəyimizdən tikan çıxır, o mənada ki, erməni bizim dinc insanlarımıza qarşı həmişə soyqırım törədib. Amansız qətliamlar törədib, ağlagəlməz dəhşətlər ortaya gətirib. Ona görə bu ilanın başını əzmək humanizmə qarşı deyil. Azərbaycanın indiki durumda mənə elə gəlir, qarşısına qoyulacaq məsələ “baza prinsipləri” planıdır, hansı ki, 90-cı illərdə bu plan gündəliyə gətirildi. Ancaq ermənilər onunla razılaşmadı.  Bu günə qədər proseslər davam elədi. O plana görə Azərbaycanın yeddi rayonu özünə qayıdır, danışıqlar yolu ilə. Sonra Qarabağın statusu ilə bağlı danışıqlar masasına oturulur. Danışıqlar masasında da Qarabağa status verilir. Özü də ən yüksək status. İndi deyəsən ora qayıda bilərlər. Ola bilər yüksək status Muxtar Respublika statusu olsun. Belə olsa gələcəkdə Qarabağı Ermənistana birləşdirə bilərlər.

Muxtar Respublika statusu nə deməkdir, niyə məni rahatsız edir. Məsələ ondadır ki, qorxuram yağışdan çıxıb yağmura düşək. Yağış bir dəfə isladır, yağmur hər dəfə isladır. Muxtar Respublika odur ki, Xarici İşlər Naziri olmur, ordusu olmur. Ancaq hər şeyi olur, Naxçıvan kimi. Daxili İşlər Naziri  olur, parlamenti olur, başçısı olur, nazirləri olur. Azərbaycana Naxçıvanın muxtariyyatı çox idi, ikincisi, üçüncüsü Azərbaycanın ölümü deməkdir. Asif Ata deyirdi, Qarabağa status veriləcək, bu çox qorxulu ola bilər. O vaxtı elə planlaşdırırdılar, Atanın sağlığında. Gərək Azərbaycan buna razılaşmasın, hazırlaşsın döyüşsün. Naxçıvan artıqdır, o ki qala Qarabağa da Muxtar Respublika statusu verilə.

Qarabağa Muxtar Respublika statusu verilməsi o deməkdir ki, Azərbaycan yenə də qıraq qüvvələrin (başlıcası Rusiyanın)nəzarətində olacaq. İmkanları qıraq qüvvələrin əlində olacaq. Qıraq qüvvələr tərəfindən idarə olunacaq, ona istənilən vaxt etki göstərmək imkanları olacaq. Hələ üstəgəl, Azərbaycan “cızığından çıxarsa” (istədiyi müstəqil addımı atarsa),  sabah ləzgilərin, talışların, kürdlərin Muxtar Respublika istəməsi gündəliyə gələ bilər. Bu isə Azərbaycanın federallaşması deməkdir. Federallaşan Azərbaycan ölü Azərbaycandır. Balaca bir ölkə federallaşarsa ondan heç nə qalmaz. Paramparça olar. Ona görə mən Asif Atanın vaxtilə dediyi düşüncəyə yenidən qayıdıram, Dağlıq Qarabağ  sorunu tam olaraq çözümünü Güney Azərbaycanla, Quzey Azərbaycan birləşəndən sonra tapacaq. Azərbaycan bu məsələyə köklənməli, bu yöndə mübarizə yetirməlidir. Ona qədər məsələlər bu ya başqa şəkildə uzanacaq. Yəni Azərbaycanın uğurları çox lokal, çox qısa ömürlü uğurlar olacaq. Aldadıcı uğurlar olacaq, üzdə hamı buna sevinəcək, bayram edəcək. Mən də erməninin başının əzilməsinə sevinirəm. Ancaq Qarabağa status verildiyi, Rusiyanın etkisi altına düşdüyü halda sevinə bilməyəcəm.

Bu gün Azərbaycanın  başında duran iqtidar qəhrəman elan olunur, onun hakimiyyətinin ömrü uzadılır.  Tayyib Ərdoğan o yanda nüfuz qazanır. Onların Türkiyə ilə Azərbaycan dövlətlərinin başında durmaları bir yerə qədər uzadılır, qorunur. Yəni görünən, gedən proses budur. Bu isə kimi qane eləsə də, Ocağı qane eləmir. Şəxsən məni qane eləmir. Dediyim kimi, üzdə olan eyforik uğurlar bu durumda topluma gərəkli görünə bilər. Ancaq topluma da, vətənə də həlledici döyüş gərəkdir. Döyüş ona görə gərəkdir ki, bizim qeyrətimizin üstünə yaxılan ləkə hardasa yuyulur, hardasa başımız dikəlir. Uzun illərdir, bu xalqın özünə inamsızlığı hökm sürür. Bu xalq erməninin qarşısında acis göstərilir, gözükölgəli olunur. Özünə inamsızlıq sonucunda xalqın içində hər cür yalanlar, hər cür oğurluq,əyrilik  baş verir. Buna görə də ordunun hücuma keçməsi, döyüş başlaması uğurlu bir haldır. Ancaq döyüşün sonucu dediyim kimi, tam qələbə deyil. Nə yazıqlar ki, deyil. Hər kəs bunu mütləq sayır, mən dönə-dönə demişəm, keşkə mən yanılam. Ancaq görünən odur ki, Qarabağı tam azad edə bilməyəcəyik.

Yenə deyirəm, bununla belə, indiyə qədər ordumuzun döyüşünü, ləyaqətini alqışlayıram. Bu gün mən də öz aylığımdan ordumuza yardım fonduna pul köçürdüm.

Ancaq gəlin hissə qapılıb aldanmayaq. Azərbaycana Ocaq gərəkdir. Ocağa da sizin kimi fədakar, ləyaqətli oğul-qızlar gərəkdir ki, Ocaq öz mübarizəsini aparsın, arxasında dursun, dayanmasın, yeni Ocaq uğurları hazırlasın. Ruhdan düşməyək, yeni mübarizə əhvallarına köklənək. Sizə başarılar diləyirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

8 Xəzan Ayı, 42-ci il.

(8 oktyabr, 2020.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir