Xəbərlər

Soylu Atalı. Nəsimini ziyarət anı

Sözün İşıq kimi düşür könlümə,
Əzəli Mənanı yozan mürşüdüm.
Tanıqlıq eylədin Sirrin hökmünə,
Haqqı ürəklərə yazan mürşüdüm.

Kamillik örnəyi kamil ulusan,
Sabahlı aşiqin sevgi yolusan,
Bəşər övladısan, Türkel soylusan,
Qorquddan başlayan Ozan mürşüdüm…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir