Xəbərlər

Soylu Atalı. Qanunla bağlı qısa söz

(Göytəkin Atalı Soylu Atalının ayrı-ayrı düşüncə bölüşmələrini səsdən yazıya çevirib sunur)

Soylu Atalı: …Qanunu savunma o vaxt gözəldir ki, qanunu savunan pisi yaxşıdan seçə bilsin. Qanun hər qırağaçıxmanı cinayətkarın yanına qatıb cəzalandırmalı deyil ki. Söz yox, qanun genel olaraq cəzalandırma yoludur. Yəni cinayətkar cinayət törədirsə onu içəri salmalıdır. Çöldə nəzarətsiz saxlamalı deyil ki, gedib başqasını öldürsün. İstənilən dövrdə qanun olacaq, qanun yerinə yetiriləcək, cinayətkarı aparıb içəri salacaq. Ancaq dövlətin tərbiyə, eyitim üslubu olmalıdır. Cinayətkarı içəridən cani şəklində çıxarmamalıdır toplumun içərisinə. Oradan onun duyğularını dəyişmiş şəkildə çıxarmalıdır. Gərəkirsə öyrətmən saxlamalı, tərbiyələndirmə sistemi yaratmalıdır.
Dediyim kimi, qanun o zaman gözəldir ki, söhbət hakimiyyəti qorumaqdan getməməlidir, dövləti qorumaqdan getməlidir.
Sual: Tarix boyu bu cür ədalətli hakimiyyət olmayıb, kim edəcək?
– Çünkü İnsanlaşma olmayıb. Tarixdə bəzi məqamlar olub, ədaləti bərpa ediblər. Ancaq bu bizim arzuladığımız şəkildə ölçüyə çevrilməyib, ona görə ki, İnsanlaşma olmayıb. Ona görə Ata deyir, tarix qaralamadır.
Sual: Qanunla mahiyyət arasında necə bağlılıq ola bilər?
– Qanun mahiyyətin tələblərinə tabe olmalı, onu yerinə yetirməlidir. Qanun mahiyyətin ifadəsidir, onun eyni deyil. Qanun odur ki, mahiyyətə uyğun yaşamaq təmin olunsun. Edə bilirsə qanundur, edə bilmirsə qanunsuzluqdur. Ruhani dövlətdə qanun insani qanunlardır, işi İnsanlığın yaşamasına qulluq eləməkdir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir