Xəbərlər

Soylu Atalının kitabı çapdan çıxdı

kepenekci 001Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının “Kəpənəkçi – Ulu Elim” kitabı çapdan çıxdı. Bu, Soylu Atalının sayca dördüncü kitabıdır. Bundan öncəki kitabları əsasən Asif Atanın Yolunu, ulusal ruhaniyyatı, Vətənə, millətə bağlılığın ruhsal ölçüsünü ifadə etmişdir. Bu kitabı isə bir elin, bir köyün yığcam tarixini, köyü başlamış köklü soyların varlığını ifadə etmişdir. Bu əməl Soylu Atalının elinə, yurduna bağlılığından, ulusuna sevgisindən qaynaqlanır. Əslində Soylu Atalının umacaqsız çalışmaları hər bir vətən övladını düşündürən, təpərləndirən ləyaqət örnəyidir.

Mütləqə İnam Ocağı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir