Xəbərlər

Ulusal Varlığımızı qoruyaq

20151111_094240Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün Yurdumuz toplumsal-mənəvi qarışıqlıq içində yaşayır. Aparılan təbliğatlar, sunulan ideolojiliklər yiyəsiz bir meydana, boşluqlar dolaşığına çevirib yurdumuzu. Hər kəs özünün qara boyaları ilə işıq boyasında görünməyə çalışır həqiqət axtaranlarımızın gözlərinə. Sosial şəbəkələrdə həşirə çevrilən qüvvələr xalqımıza “səadət” vermək üçün yarışa çıxıblar, özlərinin div həşəməti ilə qurtarıcı kimi görünməyə çalışırlar. Onlara qarşı dirəniş göstərmək istəyən milli kimsələrimiz isə xırdaca çabaları ilə cavab verirlər. Ancaq insanlarımız yalındırlar, umudverici əməl sərgiləyə bilmirlər. Ölkə bütünlüklə anarxiya içindədir. Milli kimliyi qoruya biləcək ideya-düşüncə sistemi insanlarımıza çatdırılmır, öyrədilmir. Dövlət səviyyəsində marifləndirmə işi nə televiziyalarda, nə basın yayın sistemində gözə dəymir. Bununla belə, Asif Atanın Mütləqə İnam Ocağı öz gələnəklərinə sadiq qalaraq çağaşırı soydaşlarımızla, ən çox da gənclərlə görüşlər keçirir, onlara Azərbaycanın milli-mənəvi varlığını qorumağın ləyaqətini öyrədir. Belə bir çətin zamanda millətimizi var edə bilən dəyərləri insanlarımızın şüuruna yeritmək üçün çoxsaylı ədəbiyyatlar da hazırlanır, artırılır, bağışlanır. Deyilənlərə gerçək örnəklər çoxdur. Bunlardan biri, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının bu günlərdə 40-a qədər gənclərlə keçirdiyi görüşdür. Görüş ünlü aydınımız, milli rəssam Vaqif Ucatayın önərisi və təşkilatçılığı ilə keçirilmişdir. Görüşün nizamını və lentə alınmasını Göylü Atalı həyata keçirmişdir. Görüş gənclərin yüksək marağına və heyrətinə çevrilmişdir. Azərbaycanın obrazı sevgi və ləyaqətlə sunulmuş, qatılanlara xeyli sayda ədəbiyyatlar bağışlanmışdır.

20151111_102600 20151111_102535 20151111_102134 20151111_102132 20151111_094754 20151111_094240 20151111_094131 20151111_093154 20151111_093130 20151111_093126 20151111_093107

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

 

Yağış Ayı, 37-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir