Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə II “Ailə Günü”nün Gedişatı

Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
36-cı ildə II “Ailə Günü”nün
Gedişatı

Gün:  29 Çiçək Ayı;
Yer:  İnam evi (İçərişəhər);
Başlanır: saat 15:00.

Tədbir Odası hazırlanır. Təşkilati işlərə sorumlu İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır.

“Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başlayır.

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.

Mərasim qonuları:

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.

2) Ocağın cəmiyyətə təsirini nədə görürəm?

3) Xalqlaşmanın özünütanımada rolu.

4) Amaldaşlara sayğılı münasibət – Ocaqlaşmanın ilkin şərtidir.

 

Müqəddəs Oxuma:  “Təməl” kitabından bir hissə oxunub şərh edilir.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”,

“Atamız Var olsun!”  səcdəsilə “Ailə Günü” başa çatır.

Carlar:

İmtina qətiyyəti – Ocaqçı fərəhi!

Ata Yolu – Kamillik Aqibəti!

Gedişatı yazdı: İnamlı Atalı

11 Çiçək Ayı, 36-il. Atakənd.

Qəbul olunur.

Mütləüqə İnam Ocağının Yükümlüsü Soylu Atalı

25 Çiçək ayı, 36-il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir