Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin birgə VII Aylıq Mərasiminin Gedişatı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər”, “Ulufərəh” və “
Atagün” Ailələrinin
36-il, Ata Ayında birgə VII Aylıq
Mərasiminin Gedişatı

Yer: İnam Evi;
Tarix: 24 Ata Ayı, Dözüm Günü;
Başlanır: saat 19.00
• Oda Mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, yazmaq üçün texniki vasitələr təşkil olunur. İşə sorumlu Üstün Atalıdır.
• “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.

 

Mərasimin qonuları:

 1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;

2. Hər kəsin öz yörəsində ruhani mühiti və bu mühitə bağlı Ocaqsevərləri varmı? Onlarla vaxtaşırı görüşüb iş apara bilirmi?

3. Hər yerdə topluma Atanın İnamını demək və toplumun yanlış dünyagörüşünün üzərinə getmək cəsarətinə nə dərəcədə yetmişəm?

 

Müqəddəs Oxuma: “Yol” kitabından “Bugünə münasibət”, “Sabaha münasibət” bölümü oxunub şərh edilir.

Sonda iştirakçıların mövqeləri dinlənilir və suallarına cavab verilir.

 “Ataya Axşam Ricası”nı və “Dünyadakı Mütləqlə Axşam Təması”nı Günev deyir.

 

“Ata Ruhunu ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.

 

Gün’ün Carı:

       Ruhani Mühitimizdən böyük Dünyamız yoxdur!

 

Gedişatı yazdı: Soylu  Atalı

Ata Ayı, 36-il. Saray-Soylu.

(sentyabr, 2014.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir