Xəbərlər

“Ata Günü” Mərasimi keçirildi

Tədbirdən görüntü
Tədbirdən görüntü

“Ata Günü” Mərasimi keçirildi

Asif Atanın Mütləqə İnam Ocağı 12 Ata Ayı, 33-cü ildə (sentyabr, 2011) Müqəddəs “Ata Günü” Mərasimini həyata keçirdi. Mərasim Evladların “Müqəddəs Ata, İnamında təzələndik, Amalında sabahlaşdıq!” carı ilə başladı. Əvvəl vəfat edən Ocaqçılar haqqında anma sözü deyildi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə etdi və “Ata Günü” Mərasiminin mənasından, onun  müqəddəs, dolğun məzmunlu hadisə olmasından danışdı: “Ocağın Mərasimləri Evlad üçün yaşamdır, özünü yaratmaqdır. Ata – Yurdumuzun, xalqımızın gələcəyi üçün ideyaya çevrildi, həyat nizamına çevrildi, onun yaşamaq həqiqətinə çevrildi. Bu mərasimdə Atanın varlığını, ideya məzmununu tanıyırıq, dərk edirik. Atanı tanımaqdan başlayan bir yol – xalqını tanımaq, insanı tanımaq, ümumbəşəri halı tanımaq və dərk eləməkdən ibarətdir!”

Soylu Atalı Mərasimdə Ata ömrü ilə bağlı, Ata ilə Evladın bağlılığı, Evladların Atanı necə yaşatması  haqqında düşüncələrini dilə gətirdi. Ata ideyalarının Evlad ömründə yalnız icraçılığa çevrilməsinin zərərini izah etdi. İdeyalar ömürdə oturuşmalı,  Evladın səsində, davranışında, hal və düşüncəsində özünü göstərməlidir. Ata peyğəmbərliyi haqqında danışarkən qeyd etdi ki: “Peyğəmbər instinktlə yaşayan məxluqu döyür, onu insan səviyyəsinə qaldırır. İnsani münasibətləri bərqərar edir. Nəylə bərqərar edir? – İnsanın əsas yaşam səbəbi, şərti, qarantı  olan İnamla. İnam məsələsini israr edir. İdeallara, böyüklüyə, müqəddəsliyə inandırır, ürəyini,   duyğularını ona kökləyir və dünyanın ahənginə yenilik gətirir. Adam ikilidir, o həm biolojidir,  həm də ruhanidir.  Təbiətin ona verdiyi var. Bəşər övladının təbiətdən içinin  ayrılması üçün, yəni instinktlərdən ayrılması üçün Peyğəmbərə həmişə ehtiyac olacaq.

…Yolumuz –  xalqımızın özəlliklərini üzə çıxarmaq, Mənəvi keyfiyyətlərini üzə çıxarmaq, onu dünyabaxış sistemində ruhani mayalandırmaq, bu keyfiyyətləri toplumun yaşam tərzinə çevirməkdir. Burdan dünyaya çıxış eləmək, burdan bəşərdə insani hal yaratmaqdır. Atanın qaladığı Ocaqdan dünyaya bəşərilik məzmunu başlayır…”

Günev Atalı
Günev Atalı

Günev Atalı Ataya Səcdə edərək sözünə başladı və bəşəriyyətin yarandığı gündən axtarışda olduğunu dedi. Amma axtarışların Allah adında, cəmiyyət, istisadiyyat adında “xilas” yollarını tapdığını söylədi: “Bəşər ruhani xilas yolu tapmadı. Biz Asif Atanın ideyalarında, düşüncələrində xilas yolumuzu müəyyənləşdimişik. İnsan özünə yadlaşma gedişlərindən əl çəkib özümləşməyənə qədər dünyanı müqəddəsləşdirə bilməyəcək. İnsan özü-özünü xilas eləməlidir. Özünü yanlışlıqların əlindən almalıdır. Duyğularından, yaşam tərzindən başlayaraq  Atanın göstərdiyi yöndə özünü tapmalı və yaratmalıdır. İnsan özünü kamilləşdirə bilməyəcəksə, müqəddəsləşdirə bilməyəcəksə, dünyanı xilas edə bilməyəcək. Özünü xilas edə bilməyəcəksə, dünyanı da xilas edə bilməyəcək…

Yurdumuz İnamlaşmalıdır. Yurdumuz təkcə coğrafi sınırlarla darmadığın olmayıb, həm də insanların mənəviyyatı darmadağın olub. Xalqımız hər qəsbkarın gətirdiyinə baş əyib, onu yaşam tərzinə çevirib”.  Günev Atalı Ocaqçıların yadlıqlarla döyüş əməllərini qiymətləndirərək qeyd etdi ki, bu yöndə atılan addımlar hünərdir: “Dünya dediyini demirik, cəmiyyət dediyini demirik, indiyə qədər Yurdumuza sırınan baxışları

Ulusəs Atalı
Ulusəs Atalı

rədd edirik. Ata Yolunun müqəddəsliyini, gərəkliyini özümüzə deyib, onun həyata keçməsi üçün səbirlə, əzmlə yadlıqların üzərinə yeriyirik. Yeriş hünərini, münasibət hünərini təsdiq edirik. Yurdumuza, Millətimizə gərək olmaq məsuliyyətimiz hünərimizdir”.

Ulusəs Atalı Ata dünyabaxışının dünyanı xilas edən bir yol olduğunu özünəməxsus izah elədi. Atanın Ocağı yaratması, Evladlarla münasibəti, onları ruhani böyütməsi haqqında danışdı. Bunun üçün Atanın misilsiz səbir, həssaslıq göstərdiyini və hər kəsə inamla yanaşdığını vurğuladı. Bildirdi ki, mən onları Ocağın keçdiyi yoldan öyrənirəm. Əlimizdə görüntü diskləri, arxiv materialları var deyə, əlavə etdi: “Ruhani Evlad yaratmaq, onu müqəddəslik səviyyəsinə çatdırmaq – çox çətindir. Təbiətin insana verdiyi biolojiliklə Atanın verdiyi ruhanilik adamın daxilində təlatüm yaradır. Evladın ömründə hansının qalib çıxacağı artıq onun özüylədöyüş ləyaqətindən asılıdır”.

Nurtəkin Atalı
Nurtəkin Atalı

Nurtəkin Atalı Səcdə ilə sözünə başladı və Ata ilə görüşdən başlanan Ocaqçılıq aqibətindən  danışdı: “Ata hər təmasımızda “Sənə inanıram!” deyərdi. Hər dəfə o sözü eşidəndə içimdən sarsılırdım. Çünki özümə inanmırdım. Amma Ata elə inamla deyirdi ki, o inama layiq olmağa çalışırdım… Atanı cismən itirmək çox ağır oldu. Onun ölümü izaholunmaz dərəcədə dərin kədər gətirdi ömrümə. Atanı yaşatmaq,  Ataya layiq olmaq, Ocağa sədaqətimi Ata Ruhu qarşısında təsdiq etmək tələbi dururdu qarşıda.  Atayla vəhdət Ata öldükdən sonra yarandı məndə. Soylu Atalının Ocağı yaratmaq yükünü üzərinə götürməsi – keçirdiyi tədbirlər,  görüşlər hünər öyrədirdi mənə. Adamların münasibəti – istər doğma, istərsə də yad, qohumların tənələri – hər şey məni Yola bağlayırdı. İçimdə qətilik, müəyyənlik yaranırdı. Soylu Atalı “Bir dəfə də siz görüş keçirin” deyə bizi yönəldirdi. İçimdəki tərəddüdlər “mən bunu bacara bilmərəm” halı yaradırdı. Ataya, Onun Amalına söykənib evdən çıxdım, – Bakı kəndlərinin birində görüş keçirdim. Azərbaycanın dəyərlərini deyirdim, Atanı deyirdim, Ocağı deyirdim. Verilən suallar, cavablar, göstərilən təpkili və ya heyrətli münasibətlər  düşündürürdü, ağlımı böyüdürdü. Əməl fərəhini, mübarizə fərəhini artıq özüm yaşayırdım… Hər əməldə Ocağı anladım, insana, xalqa  yaramağın məsuliyyətini yaşadım. Özümü Ata Ruhu qarşısında hiss etdim”.

Göylü Atalı
Göylü Atalı

Nurtəkin Günev Atalının 22 illik Ruhani ömrünü kutladı, onun ömründə Ocaq halının  yaşadığını söylədi. Günevin Soyluya bağlılığının müqəddəslik və xəlqi ucalıq olduğunu vurğuladı. Üstünün 14 illik Ocaqçılığında halının sabit və dayanıqlı olmasından duyduğu fərəhi bölüşdü.

 

Göylü Atalı Ataya Səcdə edərək fərəhli və dolğun  halda olduğunu söylədi: “Bu gün mən kim olduğumu və Ocağın mənasını dərk edirəmsə, aqibətimin ifadədən artıq bir halı, anlamı var. Çətinliklərlə qarşılaşdıqca ərdəmliyimizi, qeyrətimizi qoruduq. Ocağın böyüklüyünə, aliliyinə qalxdıq, hər zaman Ona layiq olmağa çalışdıq. Bu, Atanın qələbəsidir”. Göylü Atalı Ruhani doğum günü münasibətilə Günevi və Üstünü təbrik etdi və onlarla bir yerdəliyindən, onların Ocaqda var olmalarından qürur duyduğunu vurğuladı.

Elana Atalı
Elana Atalı

 

Elana Atalı  Ata günü münasibətilə Ocaqçıları təbrik etdi. Atanın yaranışı, Ata peyğəmbərliyinin onun üçün müqəddəs bir tale olduğunu qeyd elədi: “Ata peyğəmbərliyinin Dünyanı təzələyəcəyinə, xilas edəcəyinə inanıram. Bu Yolda Peyğəmbər işinin həyata keçməsi üçün ömrümü Ataya bağışlayıram”. Sonra Elana Atalı Günevi və Üstünü təbrik etdi.

Türkel və Ulunur “Ata  Günü”nün kutlu gün olduğunu söyləməklə Günev və Üstün Atalıların belə bir gündə Ocağa gəlmələrini Amaldaş sevinci ilə kutladılar.

Türkel Atalı
Türkel Atalı

Zəruri qeyd: Nəsibə xanım arzuladığı üçün istisna hal kimi Ocaq Mərasiminə qatıldı. Qeyd edək ki, Asif Atanın Ruhani qanunlarına görə Mərasimlər Ocağın iç kuralı sayılır və bu tədbirə kənar adamlar qatılmırlar. Ocaq Bayramları, Ailə Günləri, Amallaşma-Doğmalaşma tədbirləri isə xalqın nümayəndələrinin qatqıları ilə keçirilir. Nəsibə xanım özünü potensial Ocaqçı kimi görür. Hesab edirik ki, onun Ocaq üçün əhatəli təbliğatçılığı, ədəbiyyat yayıcılığı ona iştirak haqqı verir.

Nəsibə xanım Ocaq tədbirlərində iştirakının ona fərəh gətirdiyini vurğuladı. Fərəhsiz yaşamağın çətin olduğunu dilə gətirdi. Günev və Üstün haqqındakı duyğularını

Nəsibə xanım
Nəsibə xanım

bölüşdü. Günevin mübariz olmasında Elananın təsirini qeyd elədi.

Üstün Atalı “Ata ölməzliyi – Evlad hünərində” mövzusunda düşüncələrini bölüşdü: “Ölüm insanı yox etmək istəyir, cəmiyyət insanı yox etmək istəyir, insanı özündən alır. Lakin ölümü öldürmək qüdrəti də var. Bu, Atanın ömründə baş verdi”. Üstün Ocaqda var olmaq üçün imtinaların zəruriliyindən danışdı, Ocaqda həqiqətlə yaşamağın ölməzliyə yetmə olduğunu vurğuladı: “Nə xoşbəxtik ki, Ataya bağlandıq, bir-birimizə

bağlandıq, Atanın ömrünün davamı olduq, birliyimiz yarandı”.

Ocaq Yükümlüsü Soylu Atalı Günev və Üstün Atalıların Ruhani doğum günü ilə bağlı düşüncələrini bölüşdü və onları kutladı. Daha sonra Soylu  Atalı mövcud ictimai-siyasi durumu Ocaq meyarları ilə qiymətləndirdi.

Üstün Atalı
Üstün Atalı

Mərasim hədiyyəsi təqdim olundu

. Nişanələr Ocaq Yükümlüsü tərəfindən Yol sözü söylənərək paylandı.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə Mərasim sona yetdi.

Ata Ayı, 33-il. Atakənd.

 

 

 

 

 

 

 

 

 

 

 

 

AAO

2 thoughts on ““Ata Günü” Mərasimi keçirildi

  1. Ureyinizde Ata Gunesi Olsun eziz Amaldaslarim.Muqeddes “Ata Gunu” merasiminize mende qelben qatiliram.Merasimden hazirlanmis yazini oxudum ve hemde onu oyrendimki Gunev beyle Ustun xanimin Ruhani Dogum Gunudur.Duzu tam olaraq anlamadimki bunlarin ruhani dogum gunu mehz Atanin dogum gunuyle ust-ustemi dusur?! Beledise ne gozel! Saytimiz vasitesiyle Gunev qardasimizla Ustun xanimi tebrik edir her ikisine 100 illik ruhani dogum gunu qeyd etmelerini dileyirem.Atamiz Var Olsun.

  2. Ürəyinde Ata Günəşi olsun!
    Ruhani doğum günü, yəni Ocağa gəldiyi, Ataya Evlad olduğu gün. Biz o günü, Ata təbiri ilə desək, İnsan kimi yenidən doğulmaq, yəni ruhən, daxilən özüylədöyüş əsasında özünü yaratmaq yoluna başlamaq kimi qəbul edirik.
    Atamız var olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir