Xəbərlər

“İnam Evi Günü” Mərasim-Törəninin Gedişatı

Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı

“İnam Evi Günü” Mərasim-Törəninin

Gedişatı

Yer: Mütləqə İnam Ocağının İnam Evi (Amal Evi);

Gün: 13 Yağış Ayı, 33-il.     Başlanır: saat 14.00

Törənin Ruhani  Təşkilatçısı Göylü Atalıdır.

İnam  Evi (Amal Evi) Törənin tələbinə uyğun hazırlanır.

Rəmzi olaraq 6 məşəl yandırılır.

Hamı sayğı duruşunda Mütləqə İnam Bayrağını qarşılayır.

Ata Haraylar”ı səsləndirilir.

Hamı Gün’ün Carını söyləyir: “İnam Məbədi – İnsanlığın güvən yeri!”

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,

“Ataya Günorta Ricası”nı – Ulunur deyir.

Ocaq Yükümlüsü Soylu Atalı Törənə Açılış sözü deyir.

 

Əvvəlcə “İnam Evi”ni təqdim edən Ruhani Sənəd oxunur.

İçsəslər:

Ocaq tədbirləri üçün uyğunlaşdırılmış ünvanlar İnam Məbədi ilə əvəz olunmalıdır.

İnam Məbədi – Amalımızın, İnamlı Yolumuzun Müqəddəs məkanı və təməli kimi.

İnam Məbədi – Asif Atanın İnam Fəlsəfəsi, İnsan fəlsəfəsi, Mənəviyyat fəlsəfəsi əsasında yaratdığı Mütləqə İnam təliminin izhar ünvanı kimi.

 

Törənə Ruhani hədiyyələr  təqdim olunur.

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”

“Atamız var olsun!”

Səcdəsiylə Törən’in Mərasim hissəsi bitir.

Bayraq götürülür.

Çay süfrəsi ətrafında doğmalaşma davam edir.

CARLAR:

İnam Məbədi – Ata Ruhunun yaratdığı Məktəb!

İnam Məbədi – İnsanlığın güvən yeri!

 

Gedişatı yazdı: Ulusəs Atalı

30 Xəzan Ayı, 33-il. Atakənd, İnam Evi (Amal Evi).

 

Qəbul olunur.

O.Y. Soylu Atalı

01 Yağış Ayı, 33-il.

Atakənd, İnam Evi (Amal Evi).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir