Xəbərlər

Soylu Atalı. Ağşın Ağkəmərlinin ”Təbrizdən Təbrizə” kitabı haqqında bir neçə söz

 

I. Hekayələr avtobioqrafiyadır – çətinlik əzabı ilə əlaqə yaradan yaşam gələnəyidir.
II.Xalqın fəlakətləri insan varlığında, insan aqibətində faciəvi iz buraxır. Ancaq xalqın fəlakəti elə insanın özünə yadlaşması faciəsindən doğulur.
III.Vətənə inam olmayanda insan sədaqəti itirir. Bu itki dostluğu belə yağılığa çevirir.
IV.Vətəni sevmək, ancaq sevdiyinin qucağında boya-başa çata bilməmək vətənsizləşmək faciəsidir.Vətən əsarətdə olanda insan yetim böyüyür.
V.Qorxu da faciələr doğurur, cəsarət də. Ancaq qorxu ölümdən başlayır, cəsarət həyatdan. Qorxu ölümə yol açır, cəsarət həyata ruh verir.
VI.Ən çətin anlarda belə dünya gözəldir. İnsan dünyanın gözəlliklərini duyanda dağlar əzəmətdən danışır, çaylar nəğmə oxuyur. Təbiətin gözəllikləri ilə insanın ülvi birliyindən gələcəyə baxış dəyişilir, ümid doğulur. Ümid böyüdükcə yaşamaq eşqi daha da işıqlanır. Ruh – insanı əsillik yaratmağa qadir olan mübarizəyə çağırır.
Mübarizə – ölümü sarsıdan ömür yoludur!

Atamız Var olsun!

31 Xəzan Ayı, 43-cü il. Atakənd.
(oktyabr, 2021. Bakı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir