Xəbərlər

Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 46-cı iliQutsal “Ailə Günü” TörənininGediş Yazısı Təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.Hamı: “Ocaq Ailəsi – Özümləşmə ünvanı!” deyir. Törən quralları yerinə yetirilir.  Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir. Törən qonuları: Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur. “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən […]

Xəbərlər

Qutsal “Ata Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 25 Ata Ayı, 46-cı ildə (sentyabr,2026) Qutsal “Ata Günü” Törənini keçirdi.Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir,– ölənlərimizin adına ayağa dururuq.Həm Gün`ümüzün özəlliyi haqqında, həm də Ata haqqında söz demək istəyirəm. […]

Xəbərlər

Soylu Atalı. Var olmağı istəmək gərəkdir

(Amaldaşlarla dialoq silsiləsindən) … Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq […]

Xəbərlər

Qutlama Törəni

Asif Atanın Mütləqə İnam Ocağı Günev Atalıya Qutlama törəni keçirdi.Günev Atalının Ocağa gəlişinin 35, həyata gəlişinin 70 ili başa çatdı.Törəndə Günev Atalının ömür yolunun, Ocaqçılıq yaşantılarının hesabatı dinlənildi. Eyni halda, onun ömür yolundan, ona bağlı Ocaq tarixindən soraq verən “Atagün” bitiyi (kitabı) sunuldu.Amaldaşımızın ömrü, işi, Amalı qutlu olsun!

Xəbərlər

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.Balalarımıza güllə atılmalıydı.Qorbaçovşina inciyənlərlə barışmalıydı.Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.Mərkəz də onun dişini qırıb qarnına tökdü.Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı.Naxçıvanlılara atıldı.Lənkəranlılara atıldı.Tətilçilərə atıldı.Gəncə adına atıldı.Xətayi adına atıldı.Balalarımızı ordunun üstünə göndərənlər […]

Xəbərlər

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.Saxtakarlığın fatehliyinə […]