Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 20 Xəzan Ayı, 46-cı ildə (oktyabr, 2024) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində oxuduqlarım, araşdırdıqlarım olub. Onları sizinlə bölüşmək istəyirəm. Həyatla görüş, həyatı anlamaq bəzən kədər yaradır insanda. Bu günümüzdə adamların etdikləri, dünyanın durumu, millətin durumu […]