Ruh – Mütləqin İnsanda ifadəsidir.Mütləq kamildir, əbədidir, sonsuzdur.Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır.Sonlu dünyada – sonsuz yaşamaqdır.Keçici dünyada – əbədi yaşamaqdır.Əbədi yaşamaq – mənəvi yaşamaqdır.Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır.Cismən insan keçicidir, mənən – əbədidir.Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır.Maddiyyata sığan dünya, maddiyyatda qalan dünya, dayanan dünya qeyri-kamil […]