İnsan göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İnsanın mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, adi gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətlidir.Mahiyyət ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani mənası əbədidir. Çünki həmin […]