Xəbərlər

Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:

ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani […]

Xəbərlər

Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]

Xəbərlər

İnamlı Atalı. Özümləşmə yönündə axtarışlar

Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]