Xəbərlər

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.
Neftçalalılara atıldı.
Cəlilabadlılara atıldı.
Naxçıvanlılara atıldı.
Lənkəranlılara atıldı.
Tətilçilərə atıldı.
Gəncə adına atıldı.
Xətayi adına atıldı.
Balalarımızı ordunun üstünə göndərənlər Balalarımızla bir yerdə ölməliydilər – onda günahlarını yuya bilərdilər.
Hökumət camaata bildirməliydi ki, müstəqildir – bu səbəbdən də Kirovabadı Gəncə adlandırdı.
Hökumət Mərkəzə bildirməliydi ki, qeyri-müstəqildir – bu səbəbdən də ordunu köməyə çağırdı.
Azərbaycan hökuməti və bəzi qeyri-formallar özlərini və xalqı tələyə saldı, bir-birinin ardınca fəalcasına kal tədbirlər gördü və Mərkəzə müdaxilə imkanı yaratdılar – Şərə xeyir verdilər.
Balalarımıza gülləni Rus imperiyası atdı.
Erməni daşnakları atdı.
Azərbaycan hökuməti atdı.
Qeyri-formallar atdı.
Azərbaycan hökuməti, qeyri-formallar Yağının tələsinə düşdülər, Yağıya qırğın imkanı yaratdılar. Yağı istəyinə xidmət elədilər, balalarımızı ölümün ağzına atdılar.
Dünya bizə ağlamır, çünki bizim Vətəndən başqa Dünyamız yoxdur.
Bakıdan qaçanlara ağlayır Dünya – Bakıda qırılanlara ağlamır.
Dünyanın Balalarımıza ağlamaq ləyaqəti çatmadı.
Hökumət əvvəl Mərkəzə hayqırdı, sonra rus əhalisinə yalvardı, öz hayqırtısından diksindi.
Əvvəl ayrılmağa dartındı, sonra qardaşlıq ailəsindən beşəlli yapışdı.
Azərbaycana Beynəlmiləlçilik gülləsi dəydi.
Balalarımızın qırılması Azərbaycan hökumətini qorxutmadı – Rusların qaçması qorxutdu.
Ölənlər Qalanların əcdadı oldular.
Qalanlar Ölənlərin varisi olmalıdırlar.
Göylər Balalarımıza ağladılar – Muğam yaşıyla.
Balalarımızı əvvəl rus gülləsi qırdı, sonra şaxsey-vaxsey.
Tənha ağlayarlar – Birgə gülərlər.
Hadisə:
Stalinin quraşdırdığı Xalqlar Dostluğundan Qorbaçovşinanın Yenidənqurduğu Yağılıq.
Qurmaçı əslində millətlərə deyir: «Bir-birinizi qırın ki, sizi təzədən qurum!»
Erməni məsələsi:
I. Erməninin Türkiyə daxilində milli dövlət yaratması – əslində Rusiyanın və İngiltərənin Türkiyəyə daxil olması demək idi.
Türkiyə özünü qorumalıydı və erməni məqsədini rədd etməliydi.
II. Erməninin «Böyük Ermənistan» iddiası əslində dünyanın bir hissəsinin zəbt edilməsi deməkdir.
«Dənizdən-Dənizə» şüarı – təzə Reyx kimi bir şeydir – cəfəng və qəddar.
III. Erməni – kapitalizmi, sərmayəçiliyi təmsil eləyir – kapitalizm isə antiinsanidir – o cümlədən yenidənqurma kapitalizmi.
IV. Erməni mənəvi eybəcərliyə təbii surətdə qovuşur, ruhani həqarətdən çəkinmir, xəyanətdən bəhrələnir.
V. Bu səbəbdən də Erməninin Sabahı yoxdur – Erməni dirilmir, ölür – riyakar, pozğun ölüm gözləyir onu…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir