Xəbərlər

Asif Ata. BİRLİYMİZ — DİRİLİYİMİZ

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Türk – Vahid bir Etnosdur. Ruhani Birlikdirunudulan, da­nılan.

Midiyanı Türk Dünyasından ayırırlar. Atropatenanı İranlaş­dırırlar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar: türk təklənir. «Yırtıcı, qəddar türk» ideyasını dirildirlər, türkün «Bizans qatilliyini» təkrarlayırlar: – əslində isə Bizans türk hücumundan çox-çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı: – Türk əslində İstanbulu Bizans ölümündən xilas elədi. Avropasentrik sxemlərdə köçərilikmədəniyyətsizlik kimi qələ­ verilirəslində isə köçərilik mədəniyyəti varözünə­məxsus, parlaq – öyrənilməyən. Türk təqlidçiliyindən danışırlar, türklərin hakim olduğu xalqlardan aşağı olmasından dəm vururlar; Nəsimilərin, Füzulilərin, Rumilərin əlçatmaz dahiliyi görünmür avropasentrik müddəalarda. Türk siyasətində despotçuluqdan başqa, gerilikdən, zülmdən, ətalətdən başqa heç nə görmürlər – avropasentriklər.

Türk Dünyasını süni surətdə dünya tarixindən, siyasətindən, mədəniyyətindən ayırırlar və başabəla «türk sindromu»nu türklərin özlərinə təlqin eləyirlər. Türk təqlidçilik yoluna düşür, Avropanın arxasında gedir; siyasi doktrinalardan başlamış – məişətə qədər hər şeyi özgədən götürür və bununla da fəxr edir;  qabaqcıllıqtəqlid­çilik demək olur. Avropalaşma millətləşməylə bir tutulur. Əslində isə Avropalaşma türkün belini əydi: – özgələşmə fəlakəti göz qar­şı­sındadır. Əgər türk musiqisi yaşayırsa, muğamlarımız yaşayırsa, ba­yatılarımız, laylalarımız, aşıqlığımız yaşayırsa – bu, ruhani möcü­zədir – xalqın yaratdığı, mümkünsüzlükdən yaranan imkandır az qala.

2.

İrqçiliyi tənqid eləyirik və başdan-ayağa Qərbi təqlid eləyirik – bununla də irqçiliyə yarayırıq. «Böyük irqin» – Yevropeidin «üstün­lüyünü» sübut eləyirik: ikinci dərəcəli, üçüncü dərəcəli Etnos oluruq. Mədəniyyəti yaratmaqdan çox, mənimsəyən xalq olu­ruq.  Əbədi Tələbə səviyyəsinə enirik, öyrətmədən öyrənirik: əyalət­ləşirik. Ocaq İdeyası əvəzinəpartiya, parlament yevro­peizminə qapılırıq. Süfiləri unutmuşuq, hürufiləri unutmuşuq. Zərdüştümüzü iranlılara bağışlamışıq, İslamı Babəkimizdən qoruyuruq, özümüzə pis yarayırıqözgələrə yaxşı yarayırıq.

3.

Türk birliyi gərəkdir: İnam birliyi, İdrak birliyi, Mənəviyyat birliyi, İradə birliyi.

İslamdan əvvəlki ənənələr əsasında Vahid Türk İnamı yaranmalıdır: Azərbaycan İdrakında varsa, Osmanlı İdra­kın­da varsa, Qıpçaq İdrakında varsaTürk İdrakı sayılma­lıdır.

Azərbaycan Mənəviyyatında varsa, Osmanlı Mənəviyya­tında varsa, Qıpçaq Mənəviyyatında varsaTürk Mənə­viyyatı sayılmalıdır.

Azərbaycan İradəsində varsa, Osmanlı İradəsində varsa, Qıpçaq İradəsində varsaTürk İradəsi sayılmalıdır.

 

4.

Vahid Türk yaranmalıdırVahid Şərqin Sütunu kimi.

 

10-cu il, Bakı.(1989).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir