Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütleqe İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütleqe İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

MƏNƏVİLİK QITLIĞI HADİSƏSİ
Səbəb: 1. Maddiyyatçılıq.
2. Dialektika fetişi.
3. Makkiavelçilik.
4. Antişərq.

Nəticə: İnamsızlıq.

Çıxış Yolu: Amal.

22 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.

 

QORBAÇOV ŞÖHRƏTİ

İmperiyaqıran sayırlar – özünü imperiya quran sayanı.

TƏZƏ SEÇKİ

Köhnə Yalan.

SOSİALİST ÇOXRƏYLİYİ

Yalanlar birliyi.

ZORSUZ DÜNYA SİYASƏTİ

Zoru yaşatmaq siyasəti.

 

MİLLİ DÖVLƏT DİLLƏRİ

Milli Dil vasitəsiylə antimilliliyi saxlamaq siyasəti.

TÜRKİYƏ İLƏ MƏDƏNİ ƏLAQƏ

Antimilli qüvvələrin birliyi.

GÜCSÜZLÜK

Güclü Mərkəz – Güclü müttəfiq respublika ideyası Yalandır.

Güclü Mərkəz – gücsüz müttəfiq respublika deməkdir və əksinə…

Güclü respublika – müstəqil respublika deməkdir ki, mərkəz ona qarşıdır…

Məntiqləri gücsüzdür yenilikçilərin, özlərini aldadırlar ki, Yalanlarına inansınlar.

“QAYĞI” ŞƏRİ

Sovet Azərbaycanı – mahiyyət etibarilə antiazərbaycandır.

“Qayğı” cəmiyyəti Sovet Azərbaycanına xidmət eləyir, bu səbəbdən də Şər alətidir.

“VƏTƏN” ŞƏRİ

Sovet Azərbaycanı – mahiyyət etibarilə antiazərbaycandır.

“Vətən” cəmiyyəti Sovet Azərbaycanına xidmət eləyir, bu səbəbdən də Şər alətidir.

 

ŞƏR “MİLLİLİYİ”

Boyunduruğun üzərini milli naxışlarla bəzəyirlər.

ŞƏR “XƏLQİLİYİ”

Satırlar camaatı Güzərana, Dolanacağa, “Xəlqiləşdirirlər” Boyunduruğu.

NOVRUZ BAYRAMI SİYASƏTİ

Novruz Bayramından “Yaşasın Şər” Həqarəti yağdı Yurdu­muza.

22 Dözüm günü, Günəş Ayı, 11-ci il. Bakı.

 XEYİRİ ŞƏRƏ QATMAQ

Novruz Bayramını Şər seçkisinə Girişə çevirdilər.

24 Qismət günü, Günəş Ayı, 11-ci il. Bakı.

GÜRCÜSTAN HADİSƏSİ

Gürcülər İmperiyaya qarşı çıxdılar, Ayrılmağa çağırdılar xalqı.

Respublikalar arasında antiimperialist Birlik üçün imkan yaranır – onun gerçəkləşməsinə çalışmalıyıq gələcəkdə.

 

FƏRQ

Pribaltikalılar Şərlə – Mərkəzi Komitəylə birləşməkdə strateji səhvə yol verdilər.

Gürcülər Şərə – Mərkəzi Komitəyə qarşı çıxmaqda strateji Dürüstlük əldə etdilər.

SİYASİ OYUN

Fidel Kastro Qorbaçova yaramır, bu səbəbdən də Qorbaçov Fideli aldatmağa çalışır.

Kastro özünü o yerə qoymur, Qorbaçova inam bəslədiyini göstərir.

Siyasi Oyun oynayırlar biri-biriylə Amaldaşlar.

 

BELQIRAN

  Tetçer Qorbaçov vasitəsiylə sosializmin belini qırmaq istəyir.

  O həm də SSRİ və ümumən sosializm daxilində Qorbaçova qarşı oppozisiyanı gücləndirir – əslində Qorbaçovun özünün də belini qırır.

10 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı.

 

TƏZƏ AZƏRBAYCAN VALİSİ

1. Düşüncə imkanı kasaddır – fikirsiz sözlər hərarətlə, şiddətlə, aramsız tüğyan eləyir.

2. Camaatın aldanmasına inamı qətidir, çünki inamsızdır.

3. Aktyorluğu gücsüzdür: “Təbiiliyi” süni görünür, “Doğmalığı” Yad.

4. Harayı gülüncdür: “Qoymurlar sizə hamam tikəm, qaz çəkdirəm, ay camaat!”

5. Güzəran vəd edib ləyaqət almaq istəyir Siyasi Dəllal: ləyaqətsizliyə arxalanır.

6. Hakimlik havasından divanələşib – Hakimliyi itirsə – ölər.

 17 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı.

ŞƏRİN TƏZƏ XƏTTİ

Siyasi Kəndirbazlıq.

 

İRƏLİLƏYİŞ

Açıq-saçıqlıq Tüğyanıyla Sovet Avropaya deyir ki, “Abırsız­lıqda səndən geri qalmıram!”

ŞƏR ÇAĞIRIŞI

“Bütün dünyanın proletarları birləşin!” – yəni “Bütün dünya­nın millətləri parçalanın!”

2 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

ŞƏR MƏZHƏKƏÇİLİYİ

Demokratikləşmə – Torbaya salınmış Günəş.

Aşkarlıq – Torbada gəzdirilən Günəş.

SOVET MİLLİ CƏBHƏLƏRİ

Boyunduruq saxlayanlar.

MİLLİ DÖVLƏT DİLLƏRİ

Millətlərin Dilə tutulması.

PRİBALTİKA XƏTTİ

Boyunduruqda çiçəklənmək.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir