MARKSİST ETİKASI
Sinfi gözəllik xurafatı.
SOVET ELİTASI
(Yüksək Təbəqəsi)
Ruhani Proletariat.
FƏRQ
Stalinizm – cəmiyyətin Zalım vaxtıydı.
Qorbaçovşina – cəmiyyətin Dəli vaxtıdır.
Dəlidən hər şey gözləmək olar.
SOVET QANUNÇULUĞU
Fəhlə Mülkiyyətsizliyi.
Kəndli Mülkiyyətsizliyi.
Xalq Hüquqsuzluğu.
SOSİALİZMİN TƏZƏ HALI
Kütləvi Dılğırlaşma.
RİBBENTROP-MOLOTOV PAKTINA QARŞI HƏRƏKAT
Pribaltika Mərkəzə deyir ki, məni Zorla SSRİ-yə daxil etmisən, Tələblərimi qəbul et ki, Müstəqilliyimə qayıtmayım.
Pribaltika Mərkəzə təzyiq göstərmək istəyir antipakt fəaliyyətiylə.
SOSİALİZM “ƏDALƏTİ”
Maddi bərabərsizlik.
İmtiyaz bərabərsizliyi.
Mülkiyyətsizlik bərabərliyi.
YENİDƏNQURMA AQİBƏTİ
Xalqı ağır günlər gözləyir – qarışıq, qadalı.
QAZAXISTAN DƏRSİ
Əgər Kolbin qazaxların milli hiddətini mənzil vasitəsiylə söndürə bilibsə, deməli, qazaxlar Mənzillərini hələ tanımırlar.
HEÇLİK
Sübut eləyirlər ki, 70 ildə SSRİ-də Fövqəl Dövlətdən başqa heç nə yox imiş.
Demək, əslində Fövqəldövlət – heçdir.
SOSİALİZM CƏMİYYƏTİ
Xalqqıran.
KAPİTALİZM CƏMİYYƏTİ
Ruhsuzlaşdıran.
RAİSA MAKSİMOVNA
Qorbaçovun hamının ayağına dolaşan quyruğu.
QORBAÇOV
Həyadan uzaq, satqın, qorxaq, yüngül, dayaz, əqidəsiz, ləyaqətsiz, şöhrətpərəst siyasətbaz.
TƏZƏ MÜNASİBƏT
Qərb SSRi-ni öz daxilində əritmək istəyir.
SSRİ Qərbin daxilində dirçəlmək istəyir.
QABAQCILLAR
Azanlar, Azdıranlar.
RUS FƏLAKƏTİ
Marksistlər rusların çiyninə sosializm yükü qoydular, xalq yükə tab gətirmədi, sındı.
Marksistlər rusların belini qırdılar – Rus Hakimiyyəti adıyla.
SİYASİ LƏYAQƏT
Zahir şahın ətəyindən yapışırlar Antişahlar.
Şahzadə Sianukun ətəyindən yapışırlar Antişahzadələr.
TƏBƏQƏLƏŞMƏ – ŞƏRLƏŞMƏ
Ziyalı Təbəqəsində Ziya sönür.
14 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
MÜNASİBƏT
Naxçıvanlılara hörmətim var – naxçıvanizmə nifrətim!
YADLIQ
Ticarət – Yadlıqdır, – Doğmaya satmırsan, bağışlayırsan.
Bu baxımdan, dünyamız total (hərtərəfli) Yadlıqdır.
TİCARƏT
Sənaye – əməyin satılmasıdır, əslində o, Ticarətdir.
Sənayedə Fəhlə satılır.
SİYASİ ƏMƏLİYYAT
Azərbaycan tarixini Novruzəliləşdirirlər ki, Poçt qutusuna şükür oxuyaq.
TOTAL (HƏRTƏRƏFLİ) ANTİXƏLQİLƏŞMƏ
Müəssisələrdə İstehsalat Antixəlqiləşir.
Akademiyalarda İdrak Antixəlqiləşir.
Səhnələrdə Sənət Antixəlqiləşir.
Mətbuatda Söz Antixəlqiləşir.
Ailələrdə Tərbiyə Antixəlqiləşir.
Məktəblərdə Tədris Antixəlqiləşir.
Məhkəmədə Cəza Antixəlqiləşir.
VƏZİYYƏT
Ticarətdə əslində İnsaniyyət satılır.
TİCARƏT
Mükafat – Ticarətdir – satma, satılmadır.
İDEALSIZLIQ
Yaponiyadan İdeal düzəldirlər, unudurlar ki, Sənayeləşmədə İdeallıq yoxdur.
SOSİALİST SƏNAYELƏŞMƏSİ
Zorla satılma, satma.
HƏQİQƏT
Sovet Hökuməti Xalqı ifadə eləmir, idarə eləmir – Xalqsızlaşdırır.
ZƏRURİ İŞIQ
Antikommunizm qədər Zəruri İşıq yoxdur indiki Qaranlıqda.
ŞƏRƏ XİDMƏT
Partiya Yer cənnəti naminə Yer cəhənnəmi yaradan bir İdeologiyaya xidmət eləyir.
ŞƏRƏFOVŞİNA
Mərkəz Rus itlərini Rüşvət imkanıyla yallandırırdı.
ƏLİYEVŞİNA
Xalqı Şərə yedirtdi, özü yedi, Tayfasına yedirtdi – özünü yedilər.
MƏTBUAT HÜNƏRİ
Zindanın içindəkilər Zindanda olduğunu bilmirdilər.
ƏCAİB GÖRÜNMƏ
Xalq özünü və hökuməti dolandırır, ancaq Hökumət Xalqı dolandıran görünür…
QURULTAY QƏHRƏMANLARI
İflasdan don geyinmişlər.
16 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.