Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

AKADEMİK İDRAK
Həqiqətsizlik mövqeyi.

 

SƏBƏB

Sosializm Yerdə bitmədi, Göydən düşmədi – Zorlaşdırıldı.

 

İDMAN İQTİDARSIZLIĞI

İdman Həyatı təqlid eləyir – yaxşılaşdırmır.

 

TƏZAD

Hökumət – Antixalq.

Hökumət Adamı – Xalqa Zidd.

Xalq Adamı – Hökumətə Zidd.

 

AĞALIQLAR

Müəssisə Dövlətin olanda – Direktor Ağalığı Yaranır.

Torpaq Dövlətin olanda – Sədr Ağalığı Yaranır.

Mətbuat Dövlətin olanda – Redaktor Ağalığı yaranır.

Respublika Mərkəzi Komitənin olanda – Katib Ağalığı Yaranır.

Dövlət Ağalığında Ağalıq azalmır – artır.

 

VƏHŞİLƏŞMƏ

Maddi Mənafe uğrunda döyüşdə Vəhşilik irəli çıxır.

 

TƏZƏ SƏDD

Kim nə deyir desin, hamı Yenidənqurma deməlidir.

 

YENİDƏNQURMA FƏALLIĞI

Camaatı siyasiləşdirmirlər – əqidəsizləşdirirlər.

MÜASİR ZİYALI

Köpək kimi bağlanıblar cəmiyyətə – açıla bilmirlər.

 

VƏZİYYƏT

Xalq özünü dolandırar – Dövlət onu dolandırmasa.

 

QORBAÇOVŞİNA ÇOXRƏYLİYİ

İtlərin birgə boğuşmasından həqiqi səs hasil olacaq!

 

MURDARLIQ

“Hər kəsə qabiliyyətinə görə” prinsipində “qabiliyyəti çox olan daha çox yeməlidir” – murdarlığı təsdiq olunur.

 17 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.

 SOSİALİST HƏYAT TƏRZİ

Kollektiv Tənhalıq.

 

HƏQİQƏT

İclas – İdraki İflas.

 

ÖLÜMCÜL TƏHLÜKƏ

Kommunizmlə barışmaq Atom müharibəsiylə barışmaqdan pisdir.

 

TƏZƏ HAL

SSRİ başını aşağı salıb Dünyanı qarışdırmaqla məşğuldur.

 

HƏQİQƏT

Maddi Tərəqqi – əslində Bazarlaşmadır.

 

BAZAR QİSMƏTİ

Cəmiyyət Qisməti Bazar Qismətidir əslində – Satılan, Satan.

 

DÜNYANIN SSRİ-yə GƏLƏCƏK MÜNASİBƏTİ

Əvvəl: “SSRİ – Hə, Sosializm –Yox!”

Sonra: “SSRİ – Yox, Sosializm – Yox!”

 

SOSİALİST BEYNƏLMİLƏLÇİLİYİ

Ağa deyir “Sür dərəyə!” – Sür dərəyə.

 

ÖLÇÜ

Yenidənqurmadan iyrənməyən adam – adam deyil.

 

BÖYÜK BAZAR

Adam Smit cəmiyyəti “Böyük Bazar”, adamları alverçi ad­lan­dırırdı; təbiidir ki, Böyük Bazardan və Alverçilərdən Ruha­niyyat gözləmək olmaz.

Smit cəmiyyətin Bazar Mahiyyətini – yəni satmaq, satılmaq  xüsusiyyətini – gözəl tədqiq eləyir: cəmiyyət ruhaniyyata xid­mət eləmir – Maddiyyata xidmət eləyir.

 

AZADLIQ

Daxili naqislikdən azad olmaq – Xarici əsarətdən azad olmaq.

 

RÜŞVƏTXOR

Rüşvəti şəxsə vermirlər əslində – sosializmə verirlər.

 

SOSİALİST ZİNDANLARI

Kolxoz Zindanında çürüyən Kəndli.

Zavod Zindanında çürüyən Fəhlə.

Mətbuat Zindanında çürüyən Ziyalı.

Məktəb Zindanında çürüyən Tələbə.

Akademiya Zindanında çürüyən Alim.

  

SOSİALİZM İQTİDARSIZLIĞI

Bazarı planlaşdırmazlar.

ƏLAQƏ

Cəmiyyət İqtisadiləşəndə – Dövlət Bazarkomlaşır.

 

CƏMİYYƏT TƏRBİYƏSİZLİYİ

Cəmiyyət – Bazardır; Bazarda – Təmənnasızlıq olmur, Dost­luq olmur, Məhəbbət olmur, Ülfət olmur – Cəmiyyət adamı Pozur – Bazarlaşdırır.

Cəmiyyət Adamı – Bazar Adamı deməkdir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir